Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANS 

    FRANS (Franse) Anatol (tәxәllüsü; әsl adı vә soyadı Fransua Anatol Tibo, Thibault) (16.4.1844, Paris – 12.10.1924, Sen-Sir-sür-Luar) – fransız yazıçısı. Fransa akademiyasının üzvü (1896). Nobel mükafatı laureatı (1921). Bukinist ailәsindә doğulmuşdur. 1864 ildә kolleji bakalavr diplomu ilә bitirmişdir. 1860-cı illәrin әvvәllәrindә nәşriyyatlarda, 1866 ildәn Senat kitabxanasında müxtәlif vәzifәlәrdә işlәmiş vә burada Ş.M.Lekont de Lil ilә tanış olmuşdur. Yaradıcılığa 1867 ildә şair kimi başlamışdır. “Parnas” şairlәrinin lirikası, hәmçinin “sәnәt sәnәt üçündür” konsepsiyası F.-ın ilkin yaradıcılıq manerasına әhәmiyyәtli tәsir göstәrmişdir: “Qızıl poemalar” (1873) şeir toplusu, “Korinf toyu” (1876) mәnzum pyesi. 1875 ildәn “Le temps” qәzeti ilә әmәkdaşlıq etmış, müasiri olduğu yazıçıların yaradıcılığına dair silsilә tәnqidi mәqalәlәr yazmışdır. Naturalizm ruhunda yazdığı “İokasta” vә “Arıq pişik” (hәr ikisi 1879) povestlәri, hәmçinin “Silvestr Bonnarın cinayәti” (1881) romanı ona geniş şöhrәt qazandırmışdır. “Tais” (1890; J.Massnenin operası, 1894), “Kraliça Qaz ayağı aşxanası”, “Cәnab Jerom Kuanyarın mülahizәlәri” (hәr ikisi, 1893), “Qırmızı zanbaq” (1894) vә s. Romanların, “Sәdәf mücrü (1892) novellalar toplusunun müәllifidir. Dreyfusun işi zamanı E.Zolyanın “Mәn ittiham edirәm” manifestini imzalayan Fransa akademiyasının yeganә üzvü olmuşdur. 1898 ildә insan hüquqları uğrunda fransız Liqasının yaradılmasında iştirak etmişdir (1904 ildә onun Mәrkәzi komitәsinә daxil olmuşdur); elә hәmin vaxt J.Joreslә dostlaşmışdır.

    F.-ın sonrakı yaradıcılığı realizm ruhunda olmuşdur. “Müasir tarix” (1897–1901) avtobioqrafik tetralogiyasında ictimai quruluş, aktual siyasi vәziyyәt kәskin tәnqid edilmişdir. “Pinqvinlәr adası” (1908) parodiya-qrotesk romanı, “Janna d’Arkın hәyatı” (1908) tarixi әsәri, “Allahlar qәdәr hәris” (1912) tarixi romanı, “Epikür bağı” (1894) aforizmlәr, “Latın dahisi” (1913) tәnqidi mәqalәlәr topluları, “Balaca Pyer” (1918), “Çiçәklәnәn hәyat” (1922) avtobioqrafik kitabları var.

    Ə s ә r l ә r i: Allahlar qәdәr hәris. B., 1932; Mәlәklәrin üsyanı. B., 1933; Krenkebil. Hekayәlәr. B., 1960; Собр. соч.: В 4 т. М., 1983–84.

    Əd.: Ф р и д Я.V. А.Франс и его время. М., 1975.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN