FRANS I (Franz) (8.12.1708, Nansi – 18.7.1765, İnsbruk) – Müqәddәs Roma imperiyası imperatoru [1745–65], Avstriyanın Habsburqlar sülalәsinin Habsburq-Lotaringiya qolunun banisi. 1729 ildә atasından miras aldığı Lotaringiya hersoqluğunu 1736 ildә Böyük Toskana hersoqluğu qarşılığında S.Leşinskiyә vermişdi (bax Polşa irsi). 1736 ildә Mariya Tereziya ilә evlәnmişdir. 1745 ildә imperator seçilmiş I F. Avstriya irsi (1740–48) uğrunda müharibәdә vә Yediillik müharibәdә (1756–63) formal olaraq iştirak etmiş, siyasi hәyata әhәmiyyәtli tәsir göstәrmәmişdir.