FRANS II, Frans I (Franz) (12.2.1768, Florensiya – 2.3.1835, Vyana) – Müqәddәs Roma imperiyasının sonuncu imperatoru [1792–1806], Avstriyanın ilk imperatoru (1804–35 illәrdә I Frans adı ilә hökmranlıq etmişdir), Macarıstan kralı [1792 ildәn], Bohemiya kralı [1792 ildәn]. Habsburqlar sülalәsindәn imperator II Leopoldun oğludur. Vyanada, әmisi imperator II İosifin sarayında tәrbiyә almışdır. İnqilabi Fransa vә Napoleona qarşı müharibәlәr aparmış, nәticәdә mülklәrinin bir hissәsini itirmişdi. 1804 ildә Avstriya imperatoru titulunu qәbul etmiş, 1806 ildә Müqәddәs Roma imperiyasının lәğv olunmasını elan etmişdir. Vyana konqresindәn (1814–15) sonra Avstriya imperiyasının Avropanın aparıcı dövlәti kimi mövqeyi möhkәmlәnmişdi. Daxili siyasәtdә mühafizәkar-avtoritar prinsiplәrә әsaslanmış, hәr hansı islahatlara qarşı çıxmışdır. Kansler K.Metternixlә birlikdә milli vә liberal hәrәkatlarının qarşısını almağa çalışmışdır.