FRANS FERDİNÁND (Franz Ferdinand) (18.12.1863, Qrats – 28.6.1914, Sarayevo) – Avstriya ershersoqu, kavaleriya gen.-ı (1899). I Frans İosifin qardaşı oğludur. 1875 ildә Modena hersoqu V Françesko d’Estenin mülklәrinin varisi, 1896 ildә Avstriya taxtının vәliәhdi olmuşdur. 1900 ildә Sofiya Xoteklә morqanatik nikah bağlayan F.F. övladları üçün varislik hüququndan imtina etmişdir. Avstriya imperiyasında islahatlar keçirmәk planı üzәrindә işlәyәn müxtәlif milliyyәtli gәnc siyasәtçilәri әtrafına toplamışdı (“Belveder partiyası”). Cәnubi slavyanlara macarlarla bәrabәr hüquqlar (dualizm әvәzinә trializm tәtbiq etmәklә) vermәk yolu ilә Macarıstanın tәsirini zәiflәtmәyә çalışmışdır. 1913 ildә imperiya silahlı qüvvәlәrinin baş inspektoru olmuşdur. 1914 ildә Sarayevoya yoxlama sәfәri zamanı arvadı ilә birlikdә serb millәtçisi tәrәfindәn qәtlә yetirilmәsi (bax Sarayevo qәtli) Birinci dünya müharibәsinin başlamasına gәtirib çıxarmışdı.