Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANS İOSİF I 

    FRANS İOSİF I (Franz Joseph) Habsburq (18.8.1830, Vyana – 21.11.1916, orada) – Avstriya imperatoru. Müqәddәs Roma imperiyasının sonuncu imperatoru II Fransın nәvәsi, ershersoq Frans Karlın oğludur. Avstriya imperiyasında inqilabi hadisәlәrin qızğın çağında (bax Avstriyada 1848–49 illәr inqilabı), әmisi I Ferdinandın taxtdan әl çәkmәsindәn sonra 1848 il dekabrın 2-dә hakimiyyәtә gәlmişdir. 1849 il konstitusiyasını lәğv edәn I F.İ. bütün hakimiyyәti әlindә cәmlәşdirәrәk mütlәqiyyәtin bәrpasını elan etmişdi (1851). Əsas mәqsәdi Avstriya imperiyasının bütövlüyünü saxlamaq vә qüdrәtini möhkәmlәndirmәk idi. 1850-ci illәrdә imperiyanın mәrkәzlәşdirilmәsinә yönәlmiş islahatlar keçirmişdir. Avstriya- İtaliya-Fransa müharibәsindә (1859) Avstriya-Prussiya müharibәsindә (1866) mәğlubiyyәtindәn sonra Avstriyanın İtaliyadakı mülklәrinin vә Almaniya ittifaqındakı mövqeyinin itirilmәsi nәticәsindә I F.İ. dövlәt quruluşunda mühüm islahatlar aparmaq mәcburiyyәtindә qalmışdı. 1867 ildә Macarıstan dövlәt mәclisi ilә Avstiya-Macarıstan sazişini imzalayaraq imperiyanı Avstriya-Macarıstan dualist konstitusiyalı monarxiyaya (bax Avstriya-Macarıstan) çevirmişdir. I F.İ. konstitusiyalı monarx, hәmin ildә Macarıstan kralı olmuşdur. 1867 il sazişi imperiyanın digәr hissәlәrindә narazılıqlara sәbәb olmuş, alman-çex ziddiyyәtlәrini kәskinlәşdirmişdi. 1879 ildә Almaniya imperiyası ilә müqavilәnin imzalanmasından sonra Avstriya-Macarıstan müttәfiqi Almaniyadan asılı vәziyyәtә düşmüşdür.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN