FRANS İÓSİF TORPAĞI – Şimal Buzlu okeanının Barens dәnizindә arxipelaq. RF-nin Arxangelsk vil.-nә daxildir. 191 adadan ibarәtdir. Sah. 16,1 min km2. Arxipelaq 3 (şәrq, mәrkәzi vә qәrb) hissәyә bölünür. Adaların çox hissәsi effuziv bazalt tәbәqәsilә örtülmüş qumdaşı, әhәngdaşı, alevrolit vә s.-dәn ibarәtdir. Hünd. 620 m-әdәkdir (Viner-Noyştadt a.). Buzlaqlarla (ümumi sah. 13,7 min km2) örtülüdür. Buzdan azad sәthlәr kiçik sahәli “vahәlәr”dәn, burunlar vә nunataklardan ibarәtdir.
Frans İosof Torpağı. Bell adası.
Arktika iqlimi hakimdir. Orta temp-r iyulda –1,2-dәn –1,6°C-yәdәk, yanvarda tәqr. –24°C-dir (minimal –52°C-yәdәk). İllik yağıntı 200 mm-dәn 550 mm-ә çatır. Adalarda 1000-ә qәdәr göl vә uz.10–15 km olan bir neçә çay var. F.İ.T. Arktika sәhraları zonasındadır. Bitki örtüyündә şibyә vә mamırlar üstündür. Heyvanları: ağ ayı, şimal tülküsü, nerpa, dәniz dovşanı, Qrenlandiya suitisi, morj, narval, ağ delfin. Quşlardan: kiçik qaçarca, tәmizçi, kayra, çimәr, ağ qağayı vә s.
Arxipelaqda qütb st.-ları, geofiziki rәsәdxana fәaliyyәt göstәrir. F.İ.T.-nı 1873 ildә Y.Payer vә K.Vayprextin Avstriya-Macarıstan ekspedisiyası kәşf etmiş, Avstriya imperatoru Ι Frans İosifin şәrәfinә adlandırılmışdır.