FRANS PRESS (Agence France-Presse, AFP) – dünyanın әn iri informasiya agentliklәrindәn biri. Əsası 1944 ildә qoyulmuşdur. Mәnzil-qәrargahı Parisdә yerlәşir. Dünyada ilk informasiya agentliyi (1835) olan vә 1940 ildә Almaniya hakimiyyәt dairәlәri tәrәfindәn millilәşdirilәn Havas Bürosunun varisi hesab edilir. Özәl kommersiya tәşkilatı olan F.p. Fransanın әn iri KİV rәhbәrlәrindәn, F.p.-in seçkili әmәkdaşlarından vә bir neçә nazirdәn ibarәt direktorlar şurası tәrәfindәn idarә olunur. Müxbir şәbәkәsi 5 regional mәrkәzdәn, 200 büro vә 50 xüsusi müxbirdәn ibarәtdir; әmәkdaşların ümumi sayı tәqr. 23 min, o cümlәdәn müxbirlәrin sayı 1,5 mindәn çoxdur (2016). İnformasiya fransız, ingilis, portuqal, ispan, alman vә әrәb dillәrindә tәqdim edilir.