Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANSA AKADEMİYASI 

    FRANSA AKADEMİYASI (Académie française) – Parisdә elmi müәssisә, Avropanın әn qәdim akademiyası. Mәqsәdi fransız dili vә әdәbiyyatının tәdqiqi, dil norması vә әdәbi normanın tәnzimlәnmәsi, o cümlәdәn fransız dili lüğәtinin yaradılmasıdır; Fransa İn-tunun bir hissәsidir. 1620-ci illәrdә әdәbiyyatçıların özәl cәmiyyәti kimi yaranmışdır. 1635 ildә F.a.-nın әsasını qoymuş kardinal A.J. dü Plessi de Rişelyö onun ilk rәsmi “başçısı vә himayәçisi” (1635–42) olmuşdur. Rişelyönün ölümündәn sonra protektorat kansler P.Seqyeyә (1642–72) keçmişdir. 1672–1793 il- lәrdә XIV Lüdovik F.a.-na himayәdarlığı kralın imtiyazı etmişdir. F.a.-nın tәrkibinә yalnız Fransa vәtәndaşlarından ibarәt
    olan “40 ölmәz” daxildir. İlk üzvlәr arasında V.Vuatür, A.Qodo, M. de Qombervil, J.Şaplen var idi. 1694 ildә akademiya “Fransız dili akademik lüğәti”ni (“Le dictionnaire de L’Académie française”) nәşr etmişdir. İkinci dünya müharibәsindәn (1939– 45) sonra kollaborasionizmdә günahlandırılan bir neçә akademik, o cümlәdәn marşal A.F.Peten mәhkәmәnin qәrarı ilә üzvlükdәn xaric olunmuşdu. F.a.-nın katibi J.Düamelin tәklifi ilә vakansiya kimi elan edilmiş Petenin, elәcә dә Ş.Morrasın yerlәri onların sağlığında tutulmadı. J.D’Alamber, J.S.Bayi, J.L. de Büffon, Volter, V.Hüqo, J.B.Kolber, Ş.M. de la Kondamin, E.B. de Kondilyak, M.J.Kondorse, P.Kornel, L.Paster, J.Rasin, A.Frans, Fransa prezidentlәri A.Tyer, R.Puankare vә V.Jiskar d’Esten, baş nazirlәr F.Gizo, J.Klemanso vә E.Errio, marşallar F.Foş, J.Joffr vә b. müxtәlif vaxtlarda F.a.-nın üzvü seçilmişlәr. 1980 ildә ilk qadın–akademik M.Yürsenar olmuşdur. Akademiya tәrәfindәn әdәbiyyat üzrә tәqr. 60 mükafat, o cümlәdәn Böyük priz, Ən yaxşı romana görә priz verilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN