FRANSA EKVATORİAL AFRİKASI (FEA; Afrique-Équatoriale française) – Mәrkәzi Afrikada Fransa müstәmlәkә mülklәrinin siyasi-inzibati birliyi, general-qubernatorluq. İnz. m. Brazzavil ş. idi. 1910 ildә yaradılmış, tәrkibinә Qabon, Orta Konqo (indiki Konqo Resp.), Ubangi-Şari – Çad (indiki MAR vә Çad) daxil edilmişdi. 1958 ildә FEA-nın dörd әrazisinin Fransa birliyi tәrkibindә muxtar respublika elan edilmәsi ilә lәğv olunmuşdur.