Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANSA ELMLƏR AKADEMİYASI

    FRANSA ELMLƏR AKADEMİYASI (Académie des sciences) – dünyada ilk elmlәr akademiyalarından biri. Əsası 1666 ildә XIV Lüdovik tәrәfindәn Parisdә J.B.Kolberin tәklifi ilә qoyulmuşdur (1793 ilә qәdәr Kral EA). Qeyri-rәsmi olaraq Paris EA kimi tanınır. Fransa İnstitutuna daxildir. Üzvlәri ömürlük seçilir. İlk vaxtlar 130 üzvü, 50 xarici üzvü, 160 müxbiri vә 2 daimi katibi olmuşdur. İlk üzvlәri arasında X.Huygens, C.D.Kassini, O.Römer, J. de Roberval vә E.Mariott olmuşlar. 1699 ildә reqlamentә әsasәn E.A-na kralın razılığı ilә seçilәn 4 sinif akademiklәr – fәxri üzvlәr, pansionerlәr, assosiativlәr vә adyunktlar daxil idi. Fәxri akademiklәr tanınmış riyaziyyatçı vә ya fiziklәr arasından seçilir, onlardan biri prezident tәyin olunurdu. Pansionerlәr mütlәq şәkildә Parisdә yaşamalı idilәr; onların sırasına hәndәsәşünaslar (riyaziyyatçılar), astronomlar, mexaniklәr, anatomlar, kimyaçılar vә botaniklәr (hәr ixtisas üzrә 3 üzv), katib vә xәzinәdar daxil idi. Hәmin ixtisasları (hәr birini 2 üzv) 12 assosiativ akademik tәmsil edirdi, 8 yer xarici üzvlәr üçün nәzәrdә tutulurdu. Adyunktların elmi ixtisaslaşması onların tәhkim olunduqları akademik-pansionerlәrin ixtisaslarına uyğun gәlmәli idi. Akademiyada A.M.Amperin, J.B.Dümanın, A.Lavuazyenin, P.L.Mopertüinin, R.A.Reomürün vә müasir alimlәrin (E.Borel, L. de Broyl, A.Veyl vә b.) arxivlәri qorunub saxlanır. 80-ә yaxın mükafat, o cümlәdәn elmin inkişafına mühüm töhfәyә görә Qrand-medal (1997 ildәn), xeyirxahlıq vә tәrbiyәvi әsәrlәrә görә Montion mükafatı [(1784 ildәn; baron A.J.B. de Montion (1733–1820) tәsis etmişdir] verilir.

     Fransa Elmlәr Akademiyasının binası. Paris.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN