FRANSA HİND-ÇİNİ – 1880-ci illәrdәn 1940-cı illәrin ikinci yarısınadәk Hind-Çin y-a-nın ş. hissәsindә yerlәşәn vә Vyetnam (Annam vә Tonkin protektoratları, Koxinxina koloniyası), Kamboca, hәmçinin Laosun (1890-cı illәrdәn) daxil olduğu Fransa müstәmlәkә mülklәrinin adı. Avqust inqilabı (1945) nәticәsindә Vyetnamda Fransa ağalığına son qoyulmuş, 1953 ildә Kamboca, 1954 ildә Laos müstәqillik qazanmışdır.