Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANSA-ÇİN MÜHARİBƏSİ (1884–85)

    FRANSA-ÇİN MÜHARİBƏSİ (1884–85) – Sin sülalәsindәn nominal vassal asılılığında olan Vyetnamın bütün әrazilәrini әlә keçirmәk mәqsәdilә Fransanın Çinә qarşı apardığı müharibә. 1858–62 illәrdә fransızlar Vyetnamın c. hissәsini (Koxinxina) әlә keçirdikdәn sonra Şimali Vyetnamda möhkәmlәnmәyә cәhd göstәrdilәr. 1882–84 illәrdә Vyetnamın hökumәt qoşunlarının vә Çinin nizami hissә vә dәstәlәrinin müqavimәtini qıraraq bir sıra strateji mәntәqәni әlә keçirdilәr. 1884 ilin mayında Fransa ilә Çin arasında bağlanmış konvensiyaya görә, Çin öz qoşunlarını Vyetnamdan çıxarmağı vә Fransa ilә Vyetnam arasında bağlanacaq müqavilәlәri tanımağı öhdәsinә götürdü. 1884 il iyunun 6-da Fransa ilә Vyetnam arasında imzalanmış müqavilәnin şәrtlәrinә görә, Vyetnam Fransanın protektoratına çevrildi. Çin hökumәti bu müqavilәni tanımaqdan imtina etdi. 1884 ilin iyununda Çin-Vyetnam qoşunlarının Bakleu r-nunda fransız dәstәlәrini mәğlubiyyәtә uğratması Fransanın Çinә müharibә elan etmәsi üçün bәhanә oldu. 1884 il avqustun 23–24-dә A. Kurbenin komandanlığı altında fransız eskadrası Fuçjou r-nunda Çin HDD c. eskadrasının yerlәşdiyi porta zәrbә endirdi, Çinin 22 gәmisini batırdı, cәbbәxana vә sahil istehkamlarını dağıtdı. Tayvan a.-na desant çıxaran fransızlar burada bir sıra r-nu, hәmçinin Penxuledao (Penxu, yaxud Peskador a-rı) arxipelaqını әlә keçirdilәr. Şimali Vyetnam әrazisindәki bir sıra mәğlubiyyәtә (1884 ilin dekabrında Santsi ş. r-nunda, 1885 ilin martında Donqdanqda) baxmayaraq, ümumiyyәtlә Fransa ordusunun uğurlu hücumu Çin hökumәtini öz qoşunlarını Vyetnamdan çıxarmağa (1885, aprel) vә sülh danışıqlarına başlamağa vadar etdi. 1885 il iyunun 9-da Çin ilә Fransa arasında bağlanan Tyanszin müqavilәsinә görә, Çin Vyetnamın bütün әrazisi üzәrindә Fransanın protektoratını tanıdı. Fransa hәmçinin Vyetnam ilә qonşu olan Çinin Yunnan vә Quansi әyalәtlәrindә bir sıra ticarәt imtiyazı әldә etdi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN