Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANSA İNQİLABI (1870) 

    FRANSA İNQİLABI (1870) – Fransada İkinci imperiyanın süqutu vә respublika rejiminin elan edilmәsilә nәticәlәnmiş hadisәlәr. III Napoleonun hakimiyyәtinin son illәrindә Fransada hәm sağ (monarxist-orleançılar vә monarxist-legitimistlәr), hәm dә sol (respublikaçılar) cinaha mәnsub müxalifәt yenidәn canlandı. Onlar öz deputatlarını Qanunverici korpusa keçirmәyә nail oldular vә hakimiyyәtin әvәzlәnmәsini tәlәb etdilәr. Ölkә üçün uğursuz Fransa Prussiya müharibәsi (1870–71) İkinci imperiya rejiminin süqutunu tezlәşdirdi. III Napoleonun başçılığı ilә fransız qoşunlarının Sedan yaxınlığında mәğlubiyyәtindәn vә imperatorun әsir götürülmәsindәn (1870, 4 sentyabr) sonra Parisdә rejim devrildi vә respublika elan edildi. Orleançılar vә respublikaçılar “milli müdafiә” hökumәtini yaratdılar. Fransanın içәrilәrinә doğru irәlilәyәn alman qoşunları sentyabrın ortalarında Parisi mühasirәyә aldılar. Hökumәtin düşmәnә müqavimәt göstәrmәk cәhdi uğursuz oldu, lakin alman qoşunları Fransa әrazisinin çox hissәsini işğal etdikdәn sonra, 1871 il yanvarın 28-dә barışıq imzalandı. 1871 ilin fevralında seçilmiş Milli mәclisdә respublikaçılar azlıq tәşkil etdilәr. Bundan sonra “milli müdafiә” hökumәti istefa verdi. Mәclis orleançı A. Tyeri icraedici hakimiyyәtin başçısı tәyin etdi. Onun hәyata keçirdiyi tәdbirlәr Paris kommunası (1871) hadisәlәrinә gәtirib çıxardı. Fransada respublika rejimi qәti olaraq yalnız 1875 ildә bәrqәrar oldu (bax Üçüncü respublika).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN