Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANSA KAMPANİYASI (1940)

    FRANSA KAMPANİYASI (1940) – İkinci dünya müharibәsi zamanı mayın 10-dan iyunun 24-dәk Almaniya silahlı qüvvәlәrinin Lüksemburq, Niderland vә Belçikanı mәğlubiyyәtә uğradaraq işğal etmәk, Fransanı tәslim olmağa, B.Britaniyanı Almaniya üçün әlverişli sülh müqavilәsi imzalamağa mәcbur etmәk mәqsәdilә Britaniya-Fransa, Hollandiya vә Belçika qo- şunlarına qarşı hücum әmәliyyatları. F.k. planına uyğun olaraq Almaniya komandanlığı “Gelb” vә “Rot” şәrti adları altında 2 strateji hücum әmәliyyatı hazırlamışdı. Gen.-felmarşal V. fon Brauxiçin komandanlığı altında “Gelb” әmәliyyatını hәyata keçirmәk üçün “A”, “B” vә “C” ordu qrupları (cәmi 136 diviziya, 2,5 mindәn çox tank, 7,3 mindәn çox top vә minaatan, 3,8 mindәn çox tәyyarә) cәbhә boyu düzülmüşdü. Əmәliyyatın mәqsәdi “A” ordu qrupu qüvvәlәri (45 diviziya, o cümlәdәn 7 tank diviziyası; gen.-feldmarşal Q. fon Rundştedtin komandanlığı altında) vasitәsilә әsas zәrbәni endirmәk vә Arden dağlarını aşaraq “Majino xәtti”nin yanından keçib La-Manş boğazına çıxmaq, düşmәnin әsas qüvvәlәrini dәnizә doğru sıxışdırmaq vә “B” ordu qrupu ilә birlikdә onları mәhv etmәk idi. Əmәliyyatda әsas rol gen.-l. E. fon Kleystin tank qrupunun (1,25 min tank) vә gen.-l. H.Hotun 15-ci tank korpusunun (542 tank) üzәrinә düşürdü. “B” ordu qrupuna (29 diviziya, o cümlәdәn 3 tank diviziyası; gen.- feldmarşal F. fon Bokun komandanlığı ilә) Niderlandı tutmaq vә müttәfiq qoşunlarını Belçikaya sıxışdırmaq, sonra isә “A” ordu qrupu ilә birlikdә onları mәhv etmәk tapşırığı verilmişdi. “C” ordu qrupu (19 diviziya; gen.-feldmarşal V. fon Leebin komandanlığı ilә) әmәliyyatlarla “Majino xәtti”ndә fransız qoşunlarını fәaliyyәtsizlәşdirmәli idi. Almaniya komandanlığının ehtiyatında 40-dan çox diviziya saxlanılırdı.

    Britaniya-Fransa qoşunlarının әsas qüvvәlәri mayın әvvәlindә Fransanın şәrq sәrhәdi boyunca İsveçrәdәn Dünkerk ş.-nәdәk düzülmüş vә Şimal-Şәrq cәbhәsindә (gen. A.J.Jorjun komandanlığı altında) birlәşmiş 3 ordu qrupundan ibarәt idi. Müttәfiq qoşunlarında cәmi 147 diviziya, tәqr. 3,1 min tank, 14,5 mindәn çox top vә minaatan, tәqr. 3,8 min tәyyarә var idi.

    Niderland, Belçika vә Lüksemburqun bitәrәfliyini pozan alman qoşunları mayın 10-da hücuma keçdilәr. Hava desantlarından istifadә edәn almanlar Niderland vә Belçikanın mühüm rayonlarını, aerodromlarını, körpülәrini әlә keçirdilәr. Mayın 14-dә Niderland ordusu tәslim oldu. Belçika qoşunları Antverpen – Maas çayı rayonuna çәkildi. Mayın 14-dә bu әraziyә Britaniya-Fransa qoşunlarının bir hissәsi dә yeridildi. Almanların “B” ordu qrupunun zәrbә qruplaşması fransız qoşunlarının zәif müdafiәsini yararaq Somma çayı mәnsәbi istiqamәtindә irәlilәdi. Mayın 20-dә alman tank birlәşmәlәri La-Manşa çıxaraq Belçika vә Şimali Fransada müttәfiq qoşunlarının iri qruplaşmasını әsas qüvvәlәrindәn ayırdılar. Müttәfiqlәrin almanların hücumunun qarşısını alaraq mühasirәni yarmaq cәhdlәri uğursuz oldu. Mayın 24-dә La-Manş sahili boyunca hәrәkәt edәn alman tank diviziyaları A. Hitlerin qәrarı ilә dayandırıldı, belә vәziyyәtdәn yararlanan müttәfiq qoşunları tәxliyә hazırlığına başladı. Dünkerk әmәliyyatı (1940) gedişindә Britaniya, Fransa vә Belçika qoşunlarının bir hissәsi B.Britaniyaya tәxliyә edildi. Mayın 28-dә Belçika ordusu tәslim oldu. Vermaxtın böyük uğurlarına baxmayaraq, o, “Gelb” әmәliyyatının әsas mәqsәdinә – Flandriyada Britaniya-Fransa qoşunlarının әsir alınmasına vә mәhv edilmәsinә müvәffәq olmadı.

    Qüvvәlәrini yenidәn qruplaşdıran sonra Almaniya komandanlığı iyunun 5-dә fransızların silahlı qüvvәlәrinin darmadağın edilmәsini yekunlaşdırmaq vә Fransanı müharibәdәn çıxarmaq mәqsәdilә “Rot” әmәliyyatına başladı. Fransa quru qoşunlarının (komandan – gen. M.Veyqan) tәrkibindә 71 zәiflәdilmiş fransız vә 2 Britaniya diviziyası var idi. Alman qoşunları tank birlәşmәlәrindәn istifadә edәrәk fransızların Somma vә Ena çayları üzәrindәn müdafiәsini yarıb Fransanın içәrilәrinә doğru hücumu davam etdirdilәr. Fransa hökumәti iyunun 10-da Parisdәn qaçdı. Hәmin gün İtaliya Fransaya vә B.Britaniyaya müharibә elan etdi. Fransız qoşunlarının qeyri-mütәşәkkil müqavimәtini qıran alman qoşunları iyunun 14-dә Parisi tutdu. İyunun 17-dә Fransa hökumәtinin yeni başçısı marşal A.F.Peten barışıq tәklifi ilә Almaniya komandanlığına müraciәt etdi. İyunun 22-dә Kompyen barışığı, iyunun 24-dә isә Fransa ilә İtaliya arasında barışıq imzalandı. Bu müqavilәlәrә uyğun olaraq Fransanın böyük hissәsi alman vә italyan qoşunları tәrәfindәn işğal edildi, qoşunların saxlanılmasına görә xәrclәr Fransa hökumәtinin üzәrinә qoyuldu.

    F.k. gedişindә Fransa tәrәfindәn 84 min nәfәr öldürüldü, tәqr. 200 min nәfәr yaralandı, 1,5 mln.-dan çox şәxs әsir götürüldü vә itkin düşdü. Almaniya qoşunlarının itkilәri isә 27 min nәfәr ölü, 111 min nәfәrdәn çox yaralı, 18 min nәfәrdәn çox itkin düşәnlәr idi. Yüksәk hәrbi-iqtisadi potensiala malik Fransa vә B.Britaniya alman tәcavüzünә qarşı müqavimәt göstәrә bilmәdi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN