Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANSA KOMMUNİST PARTİYASI

    FRANSA KOMMUNİST PARTİYASI (FKP; Parti communiste français) – 1920 ilin dekabrında Tur ş.-ndә keçirilmiş, Kommunist internasionalına birlәşmәk qәrarı ilә nәticәlәnmiş qurultayda Fransa sosialist partiyasından (FİFS) ayrılma nәticәsindә meydana gәlmişdir. 1920-ci illәrdә tәşәkkül dövrünü yaşamışdır. 1930 ildә partiyanın baş katibi M.Torez oldu (1964 ilәdәk). A.Hitler Almaniyada hakimiyyәtә gәldikdәn (1933) sonra FKP Fransanın bütün antifaşist qüvvәlәrinin birlәşdirilmәsi taktikası ilә çıxış etdi. FKP-nin FİFS, elәcә dә Radikalların vә Radikal-Sosialistlәrin Respublika partiyası ilә yaxınlaşması onların 1934 ildә Milli cәbhәdә birlәşmәsi ilә nәticәlәndi. Milli cәbhә 1936 il Deputatlar palatasına seçkilәrdә qalib gәldikdәn vә Milli cәbhә hökumәti yaradıldıqdan sonra FKP hökumәtә daxil olmadan Milli cәbhәnin bütün sosial-iqtisadi islahatlarını dәstәklәdi. Münxen sazişinә (1938) qarşı çıxdı, 1939 ildә Molotov–Ribbentrop paktını [bax Sovet-Almaniya müqavilәlәri (1939)] dәstәklәdi. Hәmin il partiya buraxıldı. 1940 ildәn gizli fәaliyyәtә başladı vә Müqavimәt hәrәkatının әsas qüvvәlәrindәn birinә çevrildi. Azadlıq vә Müvәqqәti rejim dövrlәrindә FKP ölkәnin әn güclü siyasi qüvvәsi idi (600 min üzv). 1945 vә 1946 il parlament seçkilәrindә birinci yeri tutdu. 1944–47 illәrdә FKP üzvlәri hökumәtә daxil oldu. “Soyuq müharibә”nin başlaması ilә FKP müxalifәtә keçdi. 1958 ildә Beşinci respublikanın yaradılmasına qarşı çıxdı. 1964 ildәn FKP-nin baş katibi Valdek Roşe, 1972–94 illәrdә J.Marşe oldu. 1972 ildә FKP Sosialist partiyası ilә sol radikalların da qoşulduğu birgә bәyannamә imzaladı. 1974 ildә üç partiya prezident seçkilәrindә F.Mitteranın vahid namizәdliyini irәli sürdü. 1981 il prezident seçkilәrindә FKP müstәqil iştirak etdi (namizәd J.Marşe), 2-ci turda isә Mitteranı dәstәklәdi. Mitteranın qәlәbәsindәn sonra 1981–84 illәrdә kommunistlәr P.Morua hökumәtinin tәrkibinә daxil oldular. 1991 ildә SSRİ-nin süqutundan sonra FKP-nin Fransada nüfuzu zәiflәmәyә başladı. Lakin 1997–2002 illәrdә kommunistlәr L.Jospenin solçu hökumәtinin tәrkibinә daxil oldular. 2010 ildәn FKP-nin milli katibi Pyer Lorandır. 2008 ildә FKP әtrafında Sol cәbhә partiya koalisiyası yaradıldı.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN