FRANSA MÜLKİ MƏCƏLLƏSİ (1804), N a p o l e o n m ә c ә l l ә s i – bir sıra Avropa ölkәsindә mülki hüququn inkişafına hәlledici tәsir göstәrmiş vә hazırda da Fran- sada qüvvәdә olan mülki hüquq kodifikasiyası. Napoleonun bilavasitә iştirakı ilә yaradılmışdır. Mülki, ailә, prosesual, qismәn әmәk hüququ normalarını ehtiva edir. Mәcәllә feodal imtiyazlarını lәğv edәrәk, xüsusi mülkiyyәt azadlığını möhkәmlәndirmiş, bu hüququ müqәddәs vә toxunulmaz elan etmiş, formal bәrabәrlik prinsipindәn açıq şәkildә kәnarlaşmışdır (mәs., sahibkarın vә işçinin formal qeyri-bәrabәrliyi qeyd edilmişdir). Qadınlar ailә vә әmlak münasibәtlәrindә hüquq bәrabәrsizliyi vәziyyәtinә salınmış, onların hüquq qabiliyyәtliliyi vә fәaliyyәt qabiliyyәtliliyi әhәmiyyәtli dәrәcәdә mәhdudlaşdırılmışdır. Mәcәllә institusiyalar sisteminin prinsiplәri әsasında qurulmuş, qәbul olunduğu vaxtdan ona xeyli sayda dәyişikliklәr edilmişdir.