FRANSA MÜSTƏMLƏKƏ İMPERİYASI – 16–20 әsrlәrdә Fransanın müstәmlәkә mülklәrinin mәcmusu. İki F.m.i. müәyyәnlәşdirilir: birinci F.m.i.-nın әsası Böyük coğrafi kәşflәr dövründә qoyulmuş, lakin B.Britaniya vә digәr müstәmlәkә dövlәtlәri ilә dәnizaşırı әrazilәr uğrunda rәqabәt gedişindә Napoleon müharibәlәri (1799–1815) әrәfәsindә parçalanmışdır. 1815 ildәn ikinci F.m.i. formalaşmağa başlamışdır (1946 ildә Fransa İttifaqına, 1958 ildә isә Fransa Birliyinә çevrilmişdir).
B i r i n c i F r a n s a m ü s t ә m l ә k ә i m p e r i y a s ı. Hәlә 16 әsrin әvvәllәrindә Fransanın yeni torpaqlar mәnimsәmәk marağı meydana gәldi: 1524 ildә dәniz sәyyahı C.Verratsano Şimali Amerikanın ş. sahillәrini tәdqiq etmәyә başladı. J.Kartyenin ekspedisiyaları (1534, 1535–36, 1541–42) gedişindә kәşf olunmuş torpaqlar Kanada adlandırıldı vә Fransa taxtının mül- kü elan edildi. Fransada başlamış Dini müharibәlәr yeni әrazilәrin kәşfi vә mәnimsәnilmәsi prosesini müvәqqәti olaraq lәngitdi. IV Henrixin vә xüsusilә XIII Lüdovikin (әsasәn, kardinal A.J. dü Plessi Rişelyönün siyasәti sayәsindә) hakimiyyәti dövründәn başlayaraq mütlәqiyyәtin mühüm elementi kimi Fransanın müstәmlәkәlәşdirmә prosesi intensivlәşdi. 17 әsrdә Şimali Amerikada yeni әrazilәrin mәnimsәnilmәsi davam etdirildi: Akadiya [1603; Yeni Şotlandiya, Nyu-Bransuik, Sen-Pyer vә Mikelon, Sen-Jan a. (indiki Şahzadә Eduard a.)], Kvebek (1608), Trua-Rivyer ş. (1634), Vil-Mari (1642; Monreal) vә Müqәddәs Lavrenti vadisindәki, hәmçinin Böyük göllәr әtrafındakı digәr mәskәnlәr salındı. Fransa Kanadasının tәrkibinә Kvebek vә Ontario vilayәtlәri, hәmçinin Böyük göllәr sahilinin bir hissәsi daxil idi. Qviana vә Kiçik Antil a-rının müstәmlәkәlәşdirilmәsinә cәhd göstәrildi, 1674 ildә Qvadelupa vә Martinika, Sen-Marten a.-nın şm. hissәsi (1648), Qrenada a. (1674) Fransanın hakimiyyәti altına keçdi, 1697 ildә İspaniya ilә imzalanmış Risvik müqavilәsinә әsasәn San-Dominqo (Sen-Domenq) a.-nın q. hissәsi Fransa mülkü kimi tanındı, 1678 ildә Tobaqo a. işğal edildi. Qәrbi Afrikanın müstәmlәkәlәşdirilmәsi prosesi sürәtlә gedirdi. 1637 ildәn Qvineya körfәzi sahillәrinin mәnimsәnilmәsinә başlanıldı. 18 әsrin ortalarında müstәmlәkәçilәr Afrikanın içәrilәrinә doğru irәlilәdilәr. Fransa müstәmlәkә siyasәtinin daha bir istiqamәti Hindistana gedәn dәniz yolları yaxınlığında yerlәşәn adalarda [Reyunyon a., 1760-cı illәrdәn İl-de-Frans (Mavriki) a.] möhkәmlәnmәk idi.
Fransa müstәmlәkәçiliyinin әsasını ticarәt tәşkil edirdi. Hakimiyyәt ticarәt şirkәtlәrini dәstәklәyir, onlara mәhsulu aborigenlәrә satmaq vә ya metropoliyaya idxal etmәk üçün inhisar hüququ verirdi. Qubernatorlar vә intendantlar tәrәfindәn idarә olunan müstәmlәkәlәrdә Fransa qanunvericiliyi qüvvәdә idi. Müstәmlәkәlәrin iqtisadi hәyatı tәbii sәrvәtlәrin vә torpağın zәnginliyindәn, iqlimdәn asılı olaraq müxtәlifliyi ilә seçilirdi. Şәkәr qamışının becәrildiyi plantasiya tәsәrrüfatının inkişafı sahiblәrinә böyük gәlir gәtirirdi. Qul alveri fәal şәkildә aparılırdı.
Böyük Fransa inqilabı San-Dominqoda üsyanın başlamasına (1791) sәbәb oldu (1794 ildә Fransa ada üzәrindә nәzarәtini itirdi). 1794 il fevralın 4-dә müstәmlәkәlәrdә quldarlıq lәğv olundu, 1795 il konstitusiyası isә müstәmlәkәlәri Respublikanın bәrabәrhüquqlu hissәlәri elan etdi. Qvadelupa, Martinika vә Qviana departament statusunu aldı, royalistlәrin güclü olduqları Martinika vә Maskaren a-rında quldarlıq quruluşu saxlanıldı. 1802 ildә Napoleon Bonapart quldarlığı bәrpa etdi. 1804 il yanvarın 1-dә Haiti Resp.-nın (keçmiş San-Dominqo) müstәqilliyi elan olundu. Qvadelupada quldarlıq bәrpa edildi vә o, departament statusunu itirdi.
Paris sülh müqavilәsinә (1763) görә, Fransanın Şimali Amerikadakı bütün mülklәri, hәmçinin Dominika, Sent-Vinsent (Sen-Vensan), Qrenada vә Tobaqo (1783 ildә Fransaya qaytarıldı) B.Britaniyanın tәrkibinә keçdi. Napoleon Bonapartın Misiri müstәmlәkәlәşdirmәk cәhdlәri uğursuz oldu. Paris sülh müqavilәsinә (1814, 30 may) görә yeni müstәmlәkә bölgüsü müәyyәnlәşdirildi. Bu bölgüyә Vyana konqresinin (1814–15) yekun aktında vә İkinci Paris müqavilәsindә (1815, 20 noyabr) yenidәn baxıldı. Nәticәdә, birinci F.m.i. süqut etdi.
İ k i n c i F r a n s a m ü s t ә m l ә k ә i m p e r i y a s ı. Birinci F.m.i.-nın süqutundan sonra Fransa yeni әrazilәrin mәnimsәnilmәsinә yenidәn başladı: 1830–47 illәrdә Əlcәzair vә Mәrakeşin böyük hissәsi işğal edildi. 1842 ildәn Fil Dişi Sahilinin (indiki Kot-d’İvuar) mәnimsәnilmәsinә başlandı. 1847 ildә Taiti a. Fransanın nüfuz dairәsinә daxil edildi. 1842 ilin noyabrında Uollis vә Futuna “Fransanın himayәsi altında azad vә müstәqil” elan olundu. İkinci imperiya Afrikada müstәmlәkә ekspansiyasını fәallaşdırdı. 1858 ildә Fransa Hind-Çinә daxil oldu, 1867 ildә Koxinxina müstәmlәkәsi yaradıldı. 1863 ildә Kamboca Fransanın protektoratına çevrildi. Meksikanı Fransaya tabe etmәk cәhdi uğursuz oldu. Üçüncü respublika dövründә Fransa müstәmlәkә ekspansiyasını davam etdirәrәk Madaqaskarın işğalına başladı. Berlin konfransında (1884–85) Tropik Afrikanın bölüşdürülmәsinә dair qaydalar müәyyәnlәşdirildi. Afrika vә Cәnub-Şәrqi Asiya Üçüncü respublikanın müstәmlәkә siyasәtinin әsas sahәsinә çevrildi. 1881 ildә Tunisin işğalı onun Fransa protektoratına çevrilmәsi ilә nәticәlәndi. 1883 ildә Niger Fransanın tәsir dairәsinә düşdü, 1890 ildә Fransa Sudanı müstәmlәkәsi yaradıldı.
1898 il iyunun 14-dә Fransa ilә B.Britaniyanın Qәrbi Afrikadakı mülklәrinin sәrhәdlәrini müәyyәnlәşdirәn Fransa-Britaniya konvensiyası imzalandı. Konvensiyaya görә, Fil Dişi Sahili ilә Fransa Sudanı, Fransa Dahomeyası ilә ingilis müstәmlәkәsi Laqosun sәrhәdlәri müәyyәnlәşdirildi, Fransa vә B.Britaniya mülklәri arasında sәrhәd Nigerdәn ş.-dә tәyin edildi. 19 әsrin sonunda Çad gölü әtrafındakı müstәmlәkәlәri (Əlcәzair, Qәrbi Afrika vә Konqo hövzәsi) birlәşdirәrәk Fransa Somalisi müstәmlәkәsini yaratmış Fransa 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә onun sәrhәdlәrini sürәtlә genişlәndirirdi. 1896 ildә Madaqaskar a. vә ondan asılı әrazilәr Fransanın müstәmlәkәsi kimi tanındı. 1890-cı illәrdә Fransa Vyetnamı vә Laos әrazilәrinin bir hissәsini işğal etdi.
Almaniya ilә Mәrakeş uğrunda rәqabәt 1912 ildә B.Britaniyanın dәstәyilә Mәrakeş üzәrindә Fransa protektoratının qurulması ilә nәticәlәnsә dә, Fransa Mәrakeş әrazilәrini qәti olaraq yalnız 1934 ildә işğal etdi. Birinci dünya müharibәsindәn sonra F.m.i. әvvәllәr Almaniya vә Osmanlı imperiyasına mәxsus olmuş әrazilәr hesabına genişlәndirildi: Suriya vә Livan Fransanın mandatlı әrazilәrinә çevrildi, Toqo vә Kamerun isә B.Britaniya ilә Fransa arasında bölüşdürüldü.
Metropoliyadan idarә olunan müstәmlәkәlәrin başında qubernatorlar vә gen.-qubernatorlar dayanırdı. Satış bazarı rolunu oynayan müstәmlәkәlәrdәn metropoliyaya xammal (kauçuk, antrasit, daş kömür, oduncaq, pambıq) vә әrzaq daşınırdı.
İkinci dünya müharibәsi zamanı müstәmlәkәçiliyin lәğvi prosesi başladı. Fransanın mәğlubiyyәtindәn sonra müstәmlәkәlәr “Vişi” hökumәtinin idarәçiliyi altına keçdi. Bәzi müstәmlәkәlәrdә Müqavimәt hәrәkatı fәaliyyәt göstәrirdi. 1941 ildә ingilis-qollçu qoşunlar regionun almanlar tәrәfindәn işğalının qarşısını almaq mәqsәdilә Suriya vә Livanın Fransaya mәxsus әrazilәrini tutdular. Döyüşәn Fransa tәdricәn F.m.i. әrazilәrini zәbt edirdi. 1946 ildә Ş. de Qoll Suriya vә Livanın müstәqilliyini tanımağa mәcbur oldu. Yaponiya Vyetnam, Laos vә Kambocanın müstәqilliyini elan etdi. 1946 ildә Martinika, Qvadelupa, Qviana vә Reyunyon dәnizaşırı departament statusunu aldı, dәnizaşırı әrazilәrin bütün sakinlәrinә Fransa vәtәndaşlığı verildi.F.m.i. metropoliya vә dәnizaşırı әrazilәrin bütün sakinlәrinin bәrabәrliyinә әsaslanan Fransa İttifaqına çevrildi. Fransa İttifaqı dә- nizaşırı departamentlәrdәn (Əlcәzair, Qvadelupa, Martinika, Fransa Qvianası vә Reyunyon), dәnizaşırı әrazilәrdәn (Qәrbi Afrika, Fransa Ekvatorial Afrikası, Madaqaskar, Fransa Somalisi, Yeni Kaledoniya, Komor a-rı, Fransa Polineziyası, Sen-Pyer vә Mikelon a-rı, Fransanın Hindistandakı mülklәri) vә birlәşdirilmiş әrazilәrdәn (Toqo, Kamerun) ibarәt idi. Mәrakeş vә Tunis bu ittifaqa qoşulmaq tәklifindәn imtina etdilәr. 1950-cı illәrdә Fransa-Tunis vә Fransa-Mәrakeş böhranları nәticәsindә Tunis vә Mәrakeş müstәqil elan olundular. Fransa-Vyetnam müharibәsi Fransa İttifaqı tәrkibindә Fransaya birlәşdirilmiş Vyetnam dövlәtinin müstәqilliyinin tanınması, Fransa İttifaqına qoşulmuş Laos vә Kambocanın müstәqilliyinin qurulması ilә nәticәlәndi. Fransanın Hind-Çin müharibәsindә (1946–54) mәğlubiyyәtindәn sonra Vyetnam vә Kamboca Fransa İttifaqından çıxdı. Hindistan Britaniya әsarәtindәn azad olduqdan sonra Hindistan hökumәti Fransadan bütün mülklәrin tezliklә qaytarılmasını tәlәb etdi. Fransanın Hindistandakı әrazilәrinin iqtisadi blokadası şәraitindә 1956 ildә Fransa özünün anklav vә faktoriyalarını Hindistana tәhvil verdi.
Əlcәzairdә Milli Azadlıq Cәbhәsi (MAC) tәrәfindәn irәli sürülmüş müstәqillik tәlәblәri 1954 ildә Fransanın Əlcәzairә qoşun yeritmәsinә sәbәb oldu. Bundan sonra başlamış qanlı Əlcәzair müharibәsi 1962 il iyulun 3-dә Əlcәzairin müstәqilliyinin tanınması ilә nәticәlәndi. Bu, әslindә ikinci F.m.i.-nın parçalanmasını başa çatdırdı. 1960 ildә Fransanın Afrikadakı mülklәrinin, 1977 ildә Fransanın Afarlar vә İssalar әrazisinin (keçmiş Fransa Somalisi, indiki Cibuti Resp.) müstәqilliyi tanındı. 1980 ildә Vanuatu Resp. (keçmiş Yeni Hebridlәr kondominiumu) müstәqillik әldә etdi. F.m.i.-nın tәrkibindә dәnizaşırı departament-region statusu ilә Qvadelupa, Qviana, Martinika, Mayotta, Reyunyon, dәnizaşırı birlik statusu ilә Sen-Bartelmi, Sen-Marten, Sen-Pyer vә Mikelon, Fransa Polineziyası, Uollis vә Futuna saxlanılmışdır. Yeni Kaledoniya xüsusi inz.-әrazi qurumu, Fransanın Cәnubi vә Antarktika Ərazilәri dәnizaşırı xüsusi inz.-әrazi qurumu statusuna malikdir. Keçmiş F.m.i. regionlarının çoxunda Fransanın tәsiri, әsasәn, Frankofoniya çәrçivәsindә hәyata keçirilәn mәdәni sәciyyә daşıyır.