Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANSADA 1848 İL İNQİLABI

    FRANSADA 1848 İL İNQİLABI, F r a n s a  i n q i l a b ı (1848) – İyul monarxiyasının devrilmәsi vә İkinci respublikanın yaradılması ilә nәticәlәnmiş demokratik inqilabın baş vermәsindә 1845 vә 1846 illәrin mәhsul qıtlığı nәticәsindә daha da kәskinlәşmiş siyasi vә sosial-iqtisadi böhran mühüm rol oynadı. Aclıq qiyamlarının qarşısını almaq mәqsәdilә hökumәt bir sıra şәhәrlәrdә (Paris, Tuluza, Bordo vә s.) yoxsullar üçün pulsuz çörәk talonları tәtbiq etdi. 1845 ildә xaricdәn 16 mln. frank, 1846 ildә 123 mln. frank, 1847 ildә 210 mln. frank dәyәrindә taxıl alındı. Aqrar-әrzaq böhranı on minlәrlә insanı işsiz qoymuş sәnaye böhranına, birja vә bank sistemindә sarsıtmalara gәtirib çıxardı. Lui Filipp rejiminin süqutuna hәmçinin siyasi elitanın parçalanması sәbәb oldu, onun bir hissәsi respublika idarәçilik üsulunun lehinә seçim etdi.

    İnqilabi partlayışın sәbәblәrindәn biri 1847 ildә tәşkil edilmiş “ziyafәt kampaniyası” (hökumәt tәrәfindәn küçә nümayişlәrinin qadağan edilmәsindәn sonra kafe vә restoranlarda ümumi seçki hüququnun tәtbiqi tәlәbi ilә keçirilәn yığıncaqlar seriyası) idi. İnqilabın başlaması üçün bilavasitә bә- hanә isә tarixçi J.Mişlenin mühazirә kursunun bağlanması ilә әlaqәdar Parisin 12-ci dairәsindә 1848 il fevralın 22-nә nәzәrdә tutulmuş ziyafәtlәrdәn birinin F.Gizo hökumәti tәrәfindәn qadağan edilmәsi oldu. Tәlәbәlәr, fәhlәlәr, sәnәtkarlar, Milli qvardiya әsgәrlәrindәn ibarәt on minlәrlә nümayişçi Hәmrәylik meydanında polis kordonunu yararaq Deputatlar palatasının iclas keçirdiyi Burbon sarayına gәlib çıxdı. Deputatlar qarşısında Gizonun istefası tәlәbi irәli sürüldü. Kralın onların tәlәbini yerinә yetirmәkdәn imtina etmәsindәn sonra fevralın 23-nә keçәn gecә barrikadalar quruldu. Kralın Gizonun istefasını qәbul etmәk qәrarı isә artıq gecikmişdi. Nümayişçilәrin Gizonun iqamәtgahı yaxınlığında nizami qoşunlarla toqquşmaları nәticәsindә fevralın 23-dә tәqr. 50 nәfәr (rәsmi mәlumatlara görә, 16 nәfәr) hәlak oldu. Fevralın 24-dә kralın devrilmәsi vә monarxiyanın lәğvi çağırışları ilә üsyançılar hücuma keçәrәk cәbbәxana ilә birlikdә paytaxt qarnizonunun kazarmalarını, bir sıra hökumәt binalarını tutaraq Tüilri sarayını mühasirәyә aldılar. Daha qan tökülmәsini istәmәyәn 75 yaşlı Lui Filipp sarayın daxili hәyәtindә yerlәşәn krala sadiq qoşunlardan (30 topa malik 4 min әsgәr vә Milli qvardiyanın 3 legionu) istifadә etmәdi. Kralın A.Tyerә vә sol mәrkәzçi dairәlәrdә tanınan O.Barroya koalisiyalı hökumәt yaratmaq tәklifi dә vәziyyәti dәyişmәdi. Fevralın 24-dә kral Paris qrafı 9 yaşlı nәvәsinin xeyrinә (anası Orlean hersoginyasının regentliyi ilә) hakimiyyәtdәn әl çәkmәsi haqqında akt imzaladı vә gizli yolla Parisi tәrk etdi. A. de Lamartin vә A.O.Ledru-Rollenin başçılıq etdiyi respublikaçıların tәzyiqi ilә Deputatlar palatası yeni kralın tanınması mәsәlәsinә baxılmasını tәxirә saldı vә 2 sosialist (formal sәdr – 1789 il inqilabı veteranı J.Ş. Düpon de l’Er, faktiki başçı – xarici işlәr naziri Lamartin) daxil olmaqla yalnız respublikaçılardan ibarәt Müvәqqәti hökumәtin tәrkibini tәsdiqlәmәyә mәcbur oldu. Fevralın 25-dә radikal respublikaçıların liderlәrinin tәzyiqilә deputatlar monarxiyanın lәğvi vә respublikanın qurulması haqqında qәrar çıxardılar. Bu qәrarların seçkilәri 1848 ilin aprelinә tәyin edilmiş Milli (Müәssislәr) mәclisdә tәsdiqlәnmәsi qarşıda duran әsas mәsәlәlәrdәn idi. Fevral hadisәlәri zamanı Parisdә 350 nәfәr hәlak oldu vә tәqr. 500 nәfәr yaralandı. Üsyanın qәlәbәsi vә fevralın 25-dә respublikanın elan edilmәsilә inqilabın birinci mәrhәlәsi başa çatdı.

    İnqilabın növbәti mәrhәlәsi respublika institutlarının yaradılması idi. 1848 il mayın 4-dә 900 yerdәn 450-ni mötәdil respublikaçıların, 200 yeri sol respublikaçılar vә devrilmiş sülalәnin tәrәfdarları olan orleançıların, 50 yeri Burbonların tәrәfdarları legitimistlәrin tutduğu Müәssislәr mәclisi fәaliyyәtә başladı. Mәclis Fransanın respublika quruluşunu rәsmәn tәsdiqlәdi, hәmçinin bir sıra demokratik qanun vә qәrarlar [“әmәk qanunu” vә işsizlәr üçün milli emalatxanaların yaradılması, iş gününün 1 saat azaldılması (Parisdә 11 saatdan 10 saata, әyalәtlәrdә 12 saatdan 11 saata), kişilәr üçün ümumi seçki hüququnun tәtbiqi (21 yaşından 6 aylıq mәskunlaşma senzi әsasında) haqqında] qәbul etdi. Seçkilәrdәn sonra formalaşdırılmış yeni Müvәqqәti hökumәtdә әsas vәzifәlәrin hamısını mötәdil respublikaçılar tutdular. Maliyyә vәziyyәtinin ağır olması hökumәti müәyyәn tәdbirlәr görmәyә, o cümlәdәn birbaşa vergilәri 45% artırmağa vadar etdi. Narazılıq çıxışları [aprelin 27-dә Ruanda, mayın 15-dә (L.O.Blankinin tәrәfdarlarının başçılığı ilә) Parisdә] hökumәt tәrәfindәn yatırıldı. İyunun 23-dә Parisdә milli emalatxanaların yenidәn qurulması (18–25 yaşlı bütün subay fәhlәlәr işdәn çıxarılmışdı) sәbәbindәn “Yaşasın demokratik vә sosial respublika!”, “Rәdd olsun insanın insan tәrәfindәn istismarı!” vә s. şüarlar altında yeni üsyan baş verdi (“İyun üsyanı”nda tәqr. 40 min nәfәr iştirak edirdi). İyunun 26-da üsyan hәrbi nazir gen. L.E.Kavenyak tәrәfindәn amansızlıqla yatırıldı (5,6 min nәfәr hәlak oldu, 11 min nәfәrdәn çox hәbs edildi, 4 min nәfәr Fransadan uzaq dәnizaşırı mülklәrә deportasiya olundu).

    İyun üsyanı hökumәti İkinci respublikanın 1848 il noyabrın 4-dә Müәssislәr mәclisi tәrәfindәn qәbul edilmiş vә birpalatalı parlamentin (Qanunverici korpus), hәmçinin ümumxalq sәsvermәsi yolu ilә seçilmiş geniş sәlahiyyәtlәrә malik prezident vәzifәsinin tәsisini nәzәrdә tutan konstitusiyanın hazırlanmasını tezlәşdirmәyә vadar etdi. 1849 il mayın 13–14-dә keçirilәn parlament seçkilәrindә “Qayda-qanun, mülkiyyәt, din” şüarları ilә çıxış edәn bonapartçıları, orleançıları vә legitimistlәri birlәşdirәn Qayda-qanun partiyası 53% sәs toplayaraq qalib gәldi. Yalnız 10% sәs toplayan mötәdil respublikaçılar mәğlub oldular, sol respublikaçılar (34,9%) isә parlamentdә öz nümayәndәlәrinin sayını bir qәdәr artırdılar. Qanunverici korpus 1850 il mayın 31-dә inqilabın әn mühüm demokratik nailiyyәti olan ümumi seçki hüququnu lәğv etdi. 1848 il dekabrın 10-da keçirilәn prezident seçkilәrindә 74,2% sәs toplamış bonapartçıların başçısı şahzadә Lui Napoleon Bonapart (bax III Napoleon) qalib gәldi. O, prezident seçildiyi andan etibarәn Qanunverici korpusun sәlahiyyәtlәrini mәhdudlaşdırmaq hesabına prezident sәlahiyyәtlәrini genişlәndirmәk kursu götürdü. Lui Napoleonun 1851 il dekabrın 2-dә etdiyi dövlәt çevrilişi nәticәsindә Qanunverici korpus buraxıldı, ölkәdә avtoritar rejim (1852 ilin dekabrından İkinci imperiya) quruldu. Mütәrәqqi sosial-siyasi proqrama malik 1848 il inqilabı digәr Avropa ölkәlәrindә inqilabi çıxışlara tәkan verdi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN