Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANSA-EFİOPİYA MÜQAVİLƏ VƏ SAZİŞLƏRİ 

    FRANSA-EFİOPİYA MÜQAVİLƏ VƏ SAZİŞLƏRİ (1843, 1897, 1908, 1945, 1959, 1965).

    T i c a r ә t   v ә   d o s t l u q  h a q q ı n d a  m ü q a v i l ә (1843) – iyunun 7-dә Şoa (hәmin dövrdә Mәrkәzi Efiopiyada mövcud olmuş müstәqil dövlәt) hakimi ilә Fransa kralı arasında imzalanmışdır. Müqavilәyә әsasәn Şoada fransızlara digәr әcnәbilәrlә bәrabәr hüquqlar verildi, azad ticarәt tәtbiq olundu, idxal edilәn mәhsullar üçün 3%-lik gömrük rüsumu müәyyәnlәşdirildi. Şoada yaşayan fransızlar ev vә torpaq mülkiyyәti hüququ әldә etdilәr. 19 әsrin sonlarında Efiopiya imperatoru II Menelik 1843 il müqavilәsinin әsas müddәalarını Efiopiya imperiyasının bütün әrazisinә şamil etdi; müqavilәyә әlavә olunmuş maddәyә görә, Efiopiya xarici ticarәt vә hәrbi materialların daşınması üçün Cibuti portundan istifadә etmәk hüququ qazandı.

    1 8 9 7   i l   k o n v e n s i y a s ı – martın 20-dә imzalanmış, Efiopiya ilә Fransanın Somalidәki mülklәri arasında sәrhәdlәri müәyyәnlәşdirmişdir.

    1 9 0 8   i l  s a z i ş i – yanvarın 10-da bağlanmış, faktiki olaraq 1843 il müqavilәsini әvәz etmişdir. Saziş hәr iki tәrәfin tәbәәlәrinin digәr dövlәtin әrazisinә azad girişini, hәrәkәtini vә yaşamasını, ticarәtlә mәşğul olmasını, idxal edilәn mәhsullardan 10%-lik gömrük rüsumunun toplanılmasını nәzәrdә tuturdu; Efiopiyadakı Fransa tәbәәlәri üçün kapitulyasiyalar rejimi tәtbiq olunurdu. Saziş Efiopiyaya qarşı İtaliya tәcavüzünәdәk (1935–36) qüvvәdә qalmışdır.

    1 9 4 5   i l   s a z  i ş i – sentyabrın 5-dә imzalanmış, faşist işğalı zamanı kәsilmiş Fransa–Efiopiya diplomatik әlaqәlәrini bәrpa etmiş vә kapitulyasiyalar rejimini lәğv etmişdir. Efiopiya “Fransa-Efiopiya d.y. şirkәti”nin [Cibuti–Əddis-Əbәbә d.y.-nun tikintisinә dair Konsessiya müqavilәsi (1908) әsasında yaradılmışdı] konsessiya hüququnu tәsdiqlәmişdi. Saziş hәr hansı bir dövlәtin Efiopiyaya qarşı müharibәyә başlayacağı tәqdirdә qeyd edilәn dәmir yolunun kompensasiya ödәnilmәsi şәrtilә sonuncunun mülkiyyәtinә keçmәsini nәzәrdә tuturdu.

    1 9 5 9   i l   s a z i ş i – noyabrın 12-dә bağlanmış, Efiopiyanı dәmir yolunun şәrikinә çevirmişdi.

    1 9 6 5   i l   s a z i ş i – iyulun 20-dә imzalanmış, Nazaret–Dilla d.y. xәttinin tikintisinin Fransa tәrәfindәn maliyyәlәşdirilmәsini nәzәrdә tuturdu.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN