FRANSA-İSPANİYA SAZİŞİ (1808) – Burbonlar sülalәsinin İspaniya taxtından imtina etmәsi haqqında 1808 il mayın 6-da Bayonnada faktiki olaraq İspaniyanın fransız qoşunları tәrәfindәn işğalı şәraitindә gen. J.K.M. Dürok vә M. de Qodo arasında imzalanmışdır. Sazişә görә, İspaniya Burbonları İspaniya krallığının bütövlüyünün vә taxta oturdulmuş kralın (kral I Napoleonun qardaşı I Jozef olmuşdur) müstәqilliyinin saxlanılması müqabilindә özlәrinin taxta olan bütün hüquqlarından I Napoleonun xeyrinә imtina etmişdilәr. F.-İ.s. Fransa әleyhinә üsyanın [bax İspaniya (inqilabları 19 әsr)] sәbәblәrindәn biri olmuşdur. Paris sülh müqavilәsinin (1814) imzalanması ilә lәğv edilmişdir.