Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANSA-İSPANİYA-RİF MÜHARİBƏSİ (1925–26) 

    FRANSA-İSPANİYA-RİF MÜHARİBƏSİ (1925–26) – İspaniya ilә Fransanın Mәrakeşin şm. hissәsindә (Rif vil.) öz müstәqilliyi uğrunda mübarizә aparan bәrbәr tayfaları ittifaqına qarşı apardığı müharibә. 1924 ilin dekabrında Əbdülkәrim Xәttabinin başçılıq etdiyi üsyançı Rif ordusu (tәqr. 50 min nәfәr) işğalçı ispan korpusunu bir neçә dәfә mәğlubiyyәtә uğradaraq onu sahilboyuna sıxışdırdı. Rif respublikasının nüfuzu, demәk olar ki, Mәrakeşin bütün İspaniya zonasına yayılmışdı. 1925 ilin aprelindә üsyan qaldırmış gezaua vә sanhaca tayfalarını dәstәklәyәn Rif ordusu hәmçinin fransız ordusuna qarşı hücuma başlayaraq hәrbi әmәliyyatları Fransa protektoratı zonasına keçirdi. 100 minlik fransız ordusu ağır artilleriya, tanklar vә aviasiya ilә silahlanmasına baxmayaraq, 50 millik sәrhәd boyunca yerlәşdirilmiş 66 sәrhәd postundan 43-nü tәrk edәrәk geri çәkilmәyә mәcbur oldu. 1925 ilin iyununda İspaniya ilә Fransa arasında Mәrakeş sahillәrini blokadaya almaq vә Rif respublikasına qarşı birgә hәrbi әmәliyyatlar aparmaq haqqında saziş bağlandı. Fransız ekspedisiya qüvvәlәrinin sayı, yerli yardımçı qoşunlar vә 200 min nәfәrәdәk (1925 ilin yayı) ispan korpusu daxil olmaqla, 325 min nәfәrә çatdı. Sentyabrın әvvәllәrindә Alusemas buxtasına çıxarılmış 18,5 minlik ispan desantı üç dәstәyә bölünәrәk әrazinin içәrilәrinә doğru irәlilәmәyә başladı. Artıq oktyabrın 2-dә paytaxt Acdir süqut etdi. 1926 ilin mayında fransız vә ispan qoşunları Kert çayı r-nunda hücuma keçәrәk Rif ordusunun әsas qruplaşmasını mühasirәyә aldılar vә onun Targist ş.-ndәki mәnzil-qәrargahına zәrbә endirdilәr. Rif qoşunları mayın 27-dә mü-qavimәti dayandırdı. Əsir alınmış Əbdülkәrim Hind okeanındakı Reyunyon a.-na sürgün edildi. Lakin bir sıra r-nlarda silahlı mübarizә 1934 ilәdәk davam etdirildi. Riflәrin mәğlubiyyәtinin әsas sәbәbi zәif silahlanmış dәstәlәrә qarşı tanklardan, tәyyarәlәrdәn vә kimyәvi silahdan istifadә etmiş Fransa vә İspaniyanın hәrbi üstünlüyü idi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN