FRANSA-MALAQASİ MÜHARİBƏLƏRİ (1883–85, 1894–95) – Fransanın Madaqaskar a.-nda ağalıq uğrunda apardığı müstәmlәkәçilik müharibәlәri. 19 әsrin birinci yarısında Madaqaskara nüfuz etmәyә başlamış Fransa hökumәti 1883 ildә Malaqasi kral hökumәtinә adanın şm.-q. hissәsi üzәrindә Fransa protektoratının qurulması, ölkәnin xarici siyasәtinin Fransanın nәzarәtinә keçmәsi vә s. tәlәblәrlә ultimatum tәqdim etdi. Tәlәblәrin bәzilәri ilә razılaşan Malaqasi hökumәti protektorat haqqında tәlәbi rәdd etdi. Buna cavab olaraq, 1883 il mayın 16-da fransız gәmilәri Madzunqa (Majunqa) ş.-ni, sonra isә adanın digәr mühüm sahilyanı mәntәqәlәrini bombardmana mәruz qoydu; fransız qoşunları Madaqaskar a.-na çıxarıldı. Malaqasilәrin şiddәtli müqavimәtinә (onlar 1885 il sentyabrın 10- da Farafat vuruşmasında fransızları mәğlub etdilәr) baxmayaraq, Malaqasi hökumәti 1885 il dekabrın 17-dә Fransa ilә faktiki olaraq Malaqasi dövlәtinin suverenliyini lәğv edәn, Diyeqo-Suares buxtasının fransızlar tәrәfindәn işğalını tәsdiqlәyәn, 10 mln. frank mәblәğindә tәzminat ödәnilmәsini vә s. nәzәrdә tutan müqavilәni imzalamağa mәcbur oldu. Lakin Fransa tәrәfi protektoratın qurulmasına dair maddәni müqavilәyә daxil edә bilmәdi. 1894 ilin sonunda Fransa Malaqasi dövlәtinә qarşı yenidәn müharibәyә başladı. Adaya fransız ekspedisiya korpusu yeridildi. Zәif silahlanmış Malaqasi ordusu işğalçılara qarşı inadlı müqavimәt göstәrsә dә, fransız qoşunlarının hücumunun qarşısını ala bilmәdi. 1895 ilin sentyabrında Tananariveyә yaxınlaşan fransız ordusu kral iqamәtgahını bombardman etdi. 1895 il oktyabrın 1-dә imzalanmış müqavilәyә görә, Malaqasi hökumәti Madaqaskar üzәrindә Fransanın protektoratını tanıdı. 1896 ildә ada Fransanın müstәmlәkәsi elan olundu.