Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANSA-PRUSSİYA MÜHARİBƏSİ (1870–71)

    FRANSA-PRUSSİYA MÜHARİBƏSİ (1870–71) – bir tәrәfdәn Fransa, digәr tәrәfdәn isә Prussiyanın başçılığı ilә Şimali Almaniya İttifaqı vә Cәnubi Almaniya (Bavariya, Vürtemberq, Baden, Hessen-Darmştadt) dövlәtlәri arasında baş vermişdir. Prussiyanın әsas mәqsәdi Elzas vә Lotaringiyanı işğal etmәk, Avropada vә müstәmlәkәlәrdә Fransanın nüfuzunu zәiflәtmәk idi. Bundan әlavә, Prussiya Fransaya qarşı hәrbi koalisiya yaratmaq yolu ilә alman dövlәtlәrini imperiyanın tәrkibindә birlәşdirmәyә çalışırdı. Fransa isә әrazi itkilәrinә yol vermәmәyә, Almaniyanın birlәşdirilmәsinin qarşısını almağa vә İkinci imperi yada kәskinlәşәn siyasi böhranı aradan qaldırmağa çalışırdı. F.-P.m. әrәfәsindә ümumi әsgәri mükәllәfiyyәt әsasında komplektlәşdirilmiş Prussiya ordusu Qәrbi Avropada әn güclü vә yüksәk döyüş qabiliyyәtinә malik ordulardan biri idi. Alman qoşunları sayca, artilleriya silahları vә döyüş hazırlığı baxımından fransızları üstәlәsә dә, atıcı silahların keyfiyyәtinә görә onlardan müәyyәn qәdәr geri qalırdı. Prussiyanın hәlә 1868/69 illәrin qışında baş qәrargah rәisi gen. H.Moltke (Böyük) tәrәfindәn işlәnib hazırlanmış müharibә planı Elzas vә Lotaringiyaya qәti hücumu, hәlledici vuruşmada düşmәnin әsas qüvvәlәrini darmadağın etmәyi, sonra isә onların qalıqlarını Belçika sәrhәdinә doğru sıxışdırmağı vә Parisin әlә keçirilmәsini nәzәrdә tuturdu. Fransanın zәif işlәnmiş hәrbi planı sәfәrbәrliyin vә qoşunların cәmlәşdirilmәsinin qeyri-real müddәtinә әsaslanaraq Almaniya koalisiyasının parçalanmasını nәzәrdә tuturdu.

    Prussiya kralı I Vilhelmin qohumu şah- zadә Leopold Hohensollern-Ziqmaringenin boş qalmış İspaniya taxtına iddiası ilә әlaqәdar yaranmış diplomatik münaqişә Fransa ilә Prussiya arasında müharibә üçün bәhanә oldu. Hәr iki tәrәf müharibәyә hazırlaşaraq münaqişәni kәskinlәşdirirdi. III Napoleonu müharibәyә birinci başlamağa sövq etmәk mәqsәdilә Prussiya kansleri O.Bismark fitnәkarlığa әl ataraq 1870 il iyulun 13-dә qәzetlәrin birindә Fransa hökumәti üçün olduqca tәhqiramiz mәzmunda diplomatik teleqram (“Ems teleqramı”) dәrc etdirdi. Nәticәdә iyulun 19-da Fransa Prussiyaya müharibә elan etdi. Müharibә Fransa üçün әlverişsiz, diplomatik cәhәtdәn tәcrid edilmiş vә müttәfiqlәrinin olmadığı şәraitdә başladı. Fransanın xarici siyasәtdәki sәhvlәrindәn yararlanan Bis- mark Avropa dövlәtlәrinin (B.Britaniya, Avstriya-Macarıstan, Rusiya, İtaliya) bitәrәfliyini tәmin etmişdi. Bundan başqa, müstәmlәkә müharibәlәri nәticәsindә zәiflәmiş Fransa ordusunda avqustun 1-dә tәqr. 500 min nәfәr olduğu halda, alman dövlәtlәri 1 mln. nәfәrdәn çox (o cümlәdәn sәhra qoşunlarında 690 min nәfәrdәn çox) әsgәr sәfәrbәr etmişdilәr. Reyn ordusunda birlәşdirilmiş fransız qoşunlarının әsas hissәsi (tәqr. 260 min nәfәr, baş komandanı imperator III Napoleon) Elzas vә Lotaringiyada cәmlәşmişdi. Alman komandanlığı isә Fransa ilә sәrhәd boyunda üç ordu [ümumi sayı 490 min nәfәr; baş komandanı Prussiya kralı I Vilhelm, hәrbi әmәliyyatlara faktiki Moltke (Böyük) başçılıq edirdi] düzmüşdü. 

    Uzunmüddәtli müharibәdәn ehtiyat edәn Fransa komandanlığı ordunu sürәtlә sәrhәddә cәmlәşdirmәk vә Strasburq r-nundan şimal-şәrqә zәrbә endirmәklә Cәnubi Almaniya dövlәtlәri ordusunun Şimali Almaniya İttifaqı qoşunları ilә birlәşmәsinin qarşısını almaq niyyәtindә idi. Avqustun 4- dә alman qoşunlarının ön hissәlәri Veysenburq yaxınlığında gen. A.Duenin fransız diviziyasını darmadağın etdi, avqustun 6-da Vört әtrafında marşal P.Mak-Maqonun 1-ci korpusunu vә Şpihern әtrafında gen. Ş.O.Frossarın 2-ci korpusunu mәğlubiyyәtә uğratdı. Fransızların Reyn ordusu 3 hissәyә parçalandı. 

    İlk döyüşlәr Fransa ordusunun hәrbi hazırlıq cәhәtdәn zәifliyini göstәrdi. Fransada Bonapart rejimi әleyhinә etirazlar güclәndi. Avqustun 9-da qraf Palikaonun başçılığı ilә hakimiyyәtә gәlmiş sağ bonapartçı qruplaşma Fransanın hәrbi cәhәtdәn iflasını daha da tezlәşdirdi.

    Avqustun 12-dә III Napoleon Metsdә baş komandan vәzifәsini marşal A.F.Bazenә tәhvil verәrәk Şalona getdi. Bazen öz ordusunu Verdendәn Şalona aparmaq vә marşal Mak-Maqonun ordusu ilә birlәşәrәk Paris istiqamәtini qorumaq barәdә qәrar qәbul etdi. Alman komandanlığı Saar çayında qısa müddәt dayandıqdan sonra hücumunu davam etdirdi. 3-cü alman ordusu müqavimәtә rast gәlmәdәn Lünevilә vә Nansiyә hәrәkәt etdi; 1-ci alman ordusu Metsә hücuma keçdi; 2-ci alman ordusu isә Mets r-nundakı fransız qoşunlarının cinahını vә arxa cәbhәsini yararaq Pont-a-Mussona irәlilәdi. Avqustun 14-dә baş vermiş vuruşma- da tәrәflәrdәn heç biri üstünlük әldә etmәsә dә, avqustun 16-da Vionvil – Mars-la-Tur vә avqustun 18-dә Sen-Priva – Qravelot vuruşmalarında marşal Bazenin ordusu mәğlubiyyәtә uğradılaraq Metsә doğru geri oturduldu vә almanların 7 korpusu tәrәfindәn mühasirәyә alındı. Almanların Parisә hücumuna marşal Mak-Maqonun Şalon ordusu (tәqr. 140 min nәfәr) müqavimәt göstәrirdi. Bazenin ordusunu mühasirәdәn çıxarmaq üçün qәti tәdbirlәr görmәyi tәlәb edәn hökumәtin göstәrişi ilә Mak-Maqon Metsә doğru hәrәkәtә keçdi. Alman komandanlığı 3-cü vә yenidәn tәşkil edilmiş Maas ordusunu ona qarşı yönәltdi. Nәticәdә Sedan r-nunda Mak-Maqon mühasirәyә alındı. Sentyabrın 1-dә baş vermiş vuruşmada Mak-Maqon ordusunun taleyi hәll olundu. Say vә mövqe baxımından üstünlüyә, hәmçinin güclü artilleriyaya malik alman qoşunları Fransa ordusuna sarsıdıcı zәrbә endirdi. 12 saatlıq inadlı vuruşmadan sonra III Napoleon Sedan qalası üzәrindә ağ bayraq qaldırdı, sentyabrın 2-dә Şalon ordusu tәslim oldu; imperator III Napoleon әsir alındı. Sedan faciәsi Fransa inqilabına (1870) tәkan verdi. Nәticәdә İkinci imperiya devrildi, Fransada respublika yaradıldı. Hakimiyyәtә gen. Troşünün başçılığı ilә burjua müvәqqәti hökumәti (“milli müdafiә hökumәti”) gәldi. İkinci imperiyanın darmadağın edilmәsi vә süqutu ilә Almaniyanın birlәşdirilmәsini çәtinlәşdirәn xarici amillәr aradan qalxdı. 1870 ilin noyabrında Şimali Almaniya İttifaqı ilә Cәnubi Almaniya dövlәtlәri arasında ittifaq müqavilәsi im- zalandı. Müqavilәyә görә, Cәnubi Almaniya dövlәtlәri yeni yaradılan Almaniya imperiyasının tәrkibinә keçmәyә razılıq verdilәr.

    1870 ilin sentyabrından F.-P.m. Fransa tәrәfindәn әdalәtli, azadlıq müharibәsi, Elzas vә Lotaringiyanı әlә keçirmәyә çalışan Almaniya tәrәfindәn isә işğalçı xarakter aldı. Sentyabrın 19-da almanlar, demәk olar ki, müqavimәtә rast gәlmәdәn Parisi mühasirәyә aldılar. Hücum üçün kifayәt qәdәr qüvvәyә malik olmayan alman komandanlığı yalnız mühasirә ilә kifayәtlәnirdi. Mets sәddi yaxınlığında şahzadә Fridrix Karlın ordusu müqavimәt göstәrirdi. İşğalçılara qarşı mübarizәdә xalq kütlәlәrinin fәal iştirakı sayәsindә az bir vaxtda milli qvardiya vә şәhәrlәrin qarnizonları ilә birlikdә ümumi sayı tәqr. 1 mln. nәfәr olan yeni ordu yaradıldı. Bu, alman qoşunlarını Mets vә Parisin mühasirәsindәn yayındırdığı üçün alman komandanlığının vәziyyәtini xeyli çәtinlәşdirdi. Fransız qalalarındakı qarnizonlar düşmәn arxasında müqavimәti davam etdirirdi. Orleandan c.-da Luara ordusu, Amyen r-nunda Şimal ordusu, Luaranın yuxarı axarında Şәrq ordusu yaradıldı. İşğal olunmuş Fransa әrazilәrindә alman qoşunlarına qarşı frantirör (“azad atıcı”) dәstәlәri (50 min nәfәrәdәk) partizan mübarizәsi aparırdı. İtaliya inqilabçısı C.Qaribaldi Dijonun c.-ş.-indә fәaliyyәt göstәrәn könüllü beynәlmilәl dәstә (Vogez ordusu) yaratdı. Lakin yenidәn tәşkil edilmiş fransız ordularının apardığı hazırlıqsız, Paris qarnizonları ilә razılaşdırılmamış, qeyri-mütәşәkkil әmәliyyatları qәti nәticәlәr vermәdi. Belә bir vaxtda Fransanın Reyn ordusunun komandanı gen. A.F.Bazen düşmәnlә gizli danışıqlara girәrәk Metsin 72 günlük mühasirәsindәn sonra, oktyabrın 27-dә 173 min nәfәrlik döyüş qabiliyyәtli ordu ilә tәslim oldu. Metsdәn çıxarılmış 2 alman ordusu Fransanın Luara vә Şimal ordusuna qarşı yönәldildi. 1-ci alman ordusu Parisin şm.-dan mühasirәsini tәmin etmәk vә Fransanın Şimal ordusuna qarşı әmәliyyat aparmaq mәqsәdilә Kompyen r-nuna yeridildi. Noyabrın sonunda alman qoşunları Şimal ordusunu Amyendәn Arrasa doğru sıxışdırdı, 1871 ilin yanvarında isә Sen-Kanten yaxınlığında onu mәğlubiyyәtә uğratdı. Noyabrın әvvәlindә Luara ordusu uğurlu әmәliyyat keçirәrәk Orleana doğru irәlilәsә dә, dekabrın әvvәlindә vә 1871 ilin yanvarında mәğlub oldu. Şәrq ordusu noyabrda Bezansondan ş.-ә doğru hücuma keçdi, lakin 1871 ilin yanvarında Belfordan q.-dә mәğlubiyyәtә uğrayaraq Bezansona doğru çәkildi, sonra isә onların bir hissәsi İsveçrәyә keçdi, burada tәrk-silah edilәrәk ölkәdә saxlanıldı. 1870 ilin dekabr ayının sonunda alman qoşunları Parisi ağır toplardan atәşә tutmağa başladı. 1871 il yanvarın 18-dә Versalda Almaniya imperiyasının yaradıldığı elan olundu.

    Ümumilikdә “milli müdafiә hökumәti” düşmәnә effektiv müqavimәt göstәrә bilmәdi. Xalqı silahlandırmaqdan vә onların inqilabilәşmәyindәn qorxan Fransa hökumәti tezliklә sülh bağlanmasına çalışırdı. Düşmәnlә mübarizәdә hökumәtin sәriştәsizliyi, barışıq haqqında gizli danışıqlar aparması, müharibәnin vә mühasirәnin ağırlığı 1871 il yanvarın 22-dә parislilәrin üsyanına sәbәb oldu. Yanvarın 26-da Fransa hökumәti Parisin tәslim olması, yanvarın 28-dә isә ağır şәrtlәrlә barışıq haqqında müqavilә imzaladı. Fransa istehkamlarının çoxu, silah vә döyüş sursatlarının böyük hissәsi alman qoşunlarına verildi, Paris 200 mln. frank tәzminat ödәmәyi öhdәsinә götürdü. Paris qaznizonu (1-ci diviziya vә Milli qvardiya hissәlәri istisna olmaqla) tәslim oldu vә tәrk-silah edildi. Bu vaxtadәk alman qoşunları Fransa әrazisinin әhalisi 10 mln. nәfәrdәn çox olan 1/3 hissәsini işğal etmişdi. Fevralın 26-da Versalda ilkin sülh müqavilәsi imzalandı. Martın 1-dә alman qoşunları Parisә daxil oldu vә şәhәrin bir hissәsini әlә keçirdi. Fransa Milli mәclisinin müqavilәni ratifikasiya etmәsindәn (1 mart) sonra, martın 3-dә alman qoşunları paytaxtdan çıxarıldı. Martın 18-dә Fransanın paytaxtında xalq üsyanı baş verdi vә mayın 28-dәk mövcud olmuş Paris Kommunası (1871) yaradıldı. Paris Kommunasına qarşı mübarizәdә alman işğalçıları Versal hökumәtinә (1871 ilin fevralından ona A.Tyer başçılıq edirdi) yaxından kömәklik göstәrirdi. Bununla yanaşı, Almaniya rәhbәrliyi diplomatik danışıqların gedişindә fransızların çәtin vәziyyәtindәn istifadә edәrәk Fransa üçün sülh müqavilәsinin şәrtlәrini daha da ağırlaşdırdı. Nәticәdә mayın 10-da imzalanmış Frankfurt sülhünә (1871) görә, Fransa Elzası vә Lotaringiyanın şm.-ş. hissәsini Almaniyaya güzәştә gedәrәk, 5 mlrd. frank hәcmindә tәzminat ödәmәyi öhdәsinә götürdü.

    F.-P.m.-nin әsas nәticәsi Almaniyanın Prussiyanın hegemonluğu altında birlәşdirilmәsinin başa çatması vә 1871 ilin yanvarında Almaniya imperiyasının yaradılması oldu. Alman torpaqlarından әlavә Polşa vә Fransa әrazilәrinin bir hissәsini dә öz tәrkibinә daxil edәn imperiyada hakimiyyәt tәcavüzkar Prussiya yunkerlәrinin әlinә keçdi. Avropanın mәrkәzindә tәhlükәli hәrbi ocaq yarandı. Birinci dünya müharibәsinin (1914–18) sәbәblәrindәn biri olan Frankfurt sülhünün ağır şәrtlәri uzun müddәt Fransa ilә Almaniya arasında dәrin ziddiyyәtlәr yaratmışdı.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN