Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANSA-RUSİYA İTTİFAQI

    FRANSA-RUSİYA İTTİFAQI – 1890-cı illәrin әvvәlindәn 1917 ilәdәk Rusiya ilә Fransa arasında Üçlәr ittifaqına (1882) qarşı ilk vaxtlar gizli hәrbi-siyasi ittifaq. 1897 ildә Fransa prezidenti F.Forun Rusiyaya sәfәri zamanı rәsmәn tәsdiqlәnmişdir. Almaniya imperiyasının güclәnmәsi vә Fransa-Almaniya, Rusiya-Almaniya ziddiyyәtlәrinin kәskinlәşmәsi ilә әlaqәdar meydana gәlmişdir. 1891 il avqustun 15-dә xarici işlәr nazirlәri A.Ribo ilә N.K.Girs arasında imzalanmış Konsultativ saziş F.-R.i.-nın әsasını qoymuşdur. Faktiki bu ittifaq hәmçinin hәr iki dövlәtin 19 әsrin sonundan münasibәtlәrinin kәskinlәşdiyi B.Britaniyaya qarşı yönәlmişdi. Tәrәflәr “ümumi sülhü tәhdid edәn mәsәlәlәrdә” mәslәhәtlәşmәyi öhdәlәrinә götürür, onlardan birinә hücum tәhlükәsi zamanı birgә tәdbir görmәyin vacibliyini tәsdiqlәyirdilәr. İngiltәrә-Fransa sazişinin (1904) vә Rusiya-İngiltәrә Peterburq konvensiyasının (1907) imzalanması vә Antantanın yaradılmasından sonra da F.-R.i. fәaliyyәtini davam etdirirdi. Fransa hakim dairәlәri 20 әsrin әvvәllәrindәn Rusiyanın Almaniya ilә mümkün müharibәyә hazırlığını sürәtlәndirmәyә, xüsusilә Rusiya imperiyasının q.-indә strateji d.y. xәtlәrinin tikintisini tezlәşdirmәyә çalışırdı.

    Bosniya böhranı (1908–09), Mәrakeş böhranları (1905, 1911), Balkan müharibәlәri (1912–13) vә digәr beynәlxalq münaqişәlәr zamanı Rusiya vә Fransa ziddiyyәtli mövqe nümayiş etdirsә dә, Avstriya-Macarıstan vә Almaniyanın tәcavüzkar siyasәti F.-R.i.-nın möhkәmlәnmәsinә sәbәb oldu. Birinci dünya müharibәsinin әvvәlindә Rusiyanın tәyin edilmiş vaxtdan әvvәl Almaniyaya qarşı hücum әmәliyyatlarına başlaması Şәrqi Prussiya әmәliyyatının (1914) uğursuzluqla nәticәlәnmәsinә sәbәb olsa da, eyni zamanda, Marna vuruşmasında (1914) Almaniya qoşunlarının mәğlubiyyәtini vә Şliffen planının (1905) iflasını şәrtlәndirәn әsas amillәrdәn biri idi. Bununla belә, Avropanın müharibәdәnsonrakı quruluşu ilә bağlı mәsәlәlәrdә müttәfiqlәr arasında fikir ayrılığı meydana gәldi, bundan  başqa, Rusiya öz ordusunun Fransa tәrәfindәn silah vә döyüş sursatı ilә tәchizatını yetәrli hesab etmirdi. Fevral inqilabından (1917) sonra Rusiyada hәrc-mәrcliyin artması vә rus ordusunun döyüş qabiliyyәtinin zәiflәmәsi F.-R.i. çәrçivәsindә Rusiyanın nüfuzunun kәskin enmәsinә gәtirib çıxarsa da, Müvәqqәti hökumәt müttәfiqlik öhdәliklәrinin yerinә yetirilmәsini davam etdirmәk mәqsәdilә iflasa uğramış İyun hücumunu (1917) tәşkil etdi. Oktyabr çevrilişindәn (1917) sonra F.-R.i. sovet hökumәti tәrәfindәn lәğv olundu.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN