Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANSA-TÜRKİYƏ MÜQAVİLƏ VƏ SAZİŞLƏRİ 

    FRANSA-TÜRKİYƏ MÜQAVİLƏ VƏ SAZİŞLƏRİ – Fransa ilә Osmanlı imperiyası arasında müqavilә münasibәtlәri 1536 ildә ittifaq müqavilәsinin bağlanması ilә başlamışdır; kapitulyasiyaların әtraflı mәtni dә mәhz hәmin vaxt işlәnib hazırlanmışdır. Onlardan birincisi 1569 ildә Osmanlı dövlәti tәrәfindәn Fransaya tәqdim edilmişdir. Sonrakı müqavilәlәrlә dәfәlәrlә tәsdiqlәnmiş kapitulyasiya imtiyazları 1740 ildә “baş kapitulyasiya” ilә tәsbit olunmuşdur. Hüquqi cәhәtdәn qeyri-bәrabәr F.-T. m. vә s. türk xalqının qalibiyyәtlә nәticәlәnmiş milli azadlıq mübarizәsini yekunlaşdıran Lozanna sülh müqavilәsi (1923) ilә lәğv edilmişdir. Hәlә milli azadlıq mübarizәsinin gedişindә Atatürk İngiltәrә-Fransa ziddiyyәtlәrindәn istifadә edәrәk Fransa ilә Türkiyә arasında müharibә vәziyyәtinin lәğvini, fransız qoşunlarının Kilikiyadan (Fransanın mandatı altındakı Suriyada qalmış İsgәndәrun sancağı istisna olmaqla) tәxliyәsini nәzәrdә tutan F.-T. m.-nin (1921) imzalanmasına nail olmuşdu.

    1926 ildә Mosul münaqişәsi nizamlandıqdan sonra Suriya vә Livanın mandatarisi qismindә Fransa ilә Türkiyә arasında dostluq vә mehriban qonşuluq, Türkiyәnin Suriya ilә sәrhәdi vә Bağdad dәmir yolu xәttinin Türkiyә әrazisindәn keçәn vә Fransa şirkәti tәrәfindәn idarә olunan hissәsi üzrә hәrәkәtin reqlamentlәşdirilmәsinә dair müqavilә imzalanmışdı. Lakin 1936 ildә İsgәndәrun sancağı üstündә Fransa ilә Türkiyә arasında yeni münaqişә meydana gәlmişdi. Yalnız 1938 il iyulun 3-dә sancağa fransız qoşunları ilә eyni sayda türk qoşunlarının yeridilmәsi haqqında razılaşma әldә olunduqdan sonra tәrәflәr arasında saziş imzalanmışdı. Bununla yanaşı, Türkiyә vә Fransa tәrәflәrdәn hansısa birinә qarşı yönәlmiş siyasi vә iqtisadi sazişә qoşulmamağı, saziş bağlayan tәrәflәrә üçüncü dövlәtin hücumu zamanı ona yardım etmәmәyi, hәmçinin Aralıq dәnizi zonasında tәhlükәsizliyә dair bütün mәsәlәlәrdә birgә mәslәhәtlәşmәyi öhdәlәrinә götürmüşdülәr. Bu saziş әsasında Türkiyә Hatay adı ilә İsgәndәrun sancağının müstәqilliyinin elan edilmәsinә nail olmuş, sonralar isә bu әrazini Türkiyәnin vilayәtinә çevirmişdi. 1939 il iyunun 23-dә qarşılıqlı yardım haqqında Fransa-Türkiyә bәyannamәsinin imzalanması vә eyni zamanda Hatayın qәti olaraq Türkiyәyә birlәşdirilmәsi haqqında sazişin bağlanması ilә münaqişә aradan qaldırılmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN