FRANSA SUDANI (Soudan français) – 1890 ildәn Qәrbi Afrikada Fransanın inz.-әrazi vahidi, 1892 ildәn müstәmlәkә mülkü. Seneqal vә Niger çaylarının yuxarı vә orta axarları boyunda yerlәşir. 1895 ildә Fransa Qәrbi Afrikasının tәrkibinә daxil edilmişdir. 1899–1920 illәrdә F.S. әrazisinin statusu, sәrhәdlәri vә adı dәfәlәrlә dәyişdirilmişdir. 1958 ildә F.S. Sudan Respublikası adı ilә Fransa Birliyi üzvü olan dövlәt statusunu almışdır. 1960 ildәn müstәqil Mali Resp.-dır.