FRANSANIN CƏNUB VƏ ANTARKTİDA ƏRAZİLƏRİ – Fransanın dәnizaşırı xüsusi inz. әhrazi vahidi. Hind okeanının c. hissәsindә yerlәşir. Sah. 439,7 min km2, o cümlәdәn adalar – 7677 km2. Tәrkibinә Kergelen a-rı (tәqr. 300 ada; ümumi sah. 7215 km2), Sen-Pol a. vә Amsterdam a. (66 km2), Kroze a-rı (5 ada; 352 km2), Epars a-rı (5 ada; 44 km2) vә Adeli Torpağı (Antarktidanın Fransa sektoru; 432 min km2). Əh. 196 (2012; dәyişkәndir). Reyunyon a.-n-dan idarә olunur; inz.m. Sen-Pyer ş.-dir. Rәsmi dil fransız dili, pul vahidi avrodur.
Fransanın Cәnub vә Antarktida әrazilәri. Tromlem adası.