Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANSIZ DİLİ 

    FRANSIZ DİLİ – fransızların, isveçrәli fransızların, kanadalı fransızların, vallonların dili. Fransanın (dәnizaşırı әrazilәr vә departamentlәr dә daxil olmaqla), Monakonun rәsmi dili; İsveçrә, Belçika, Lüksemburq, Andorra, Valle-d’Aosta muxtar vilayәti (İtaliya), Kanada vә Haitinin rәsmi dövlәt dillәrindәn biri; Afrikanın (Benin, Burundi, Burkina-Faso, Qabon, Qvineya, Ekvatorial Qvineya, Cibuti, Kamerun, Konqo Demokratik Resp., Konqo Resp., Kot-d’İvuar, Mali, Niger, Ruanda, Seneqal, Toqo, MAR, Çad), Hind okeanı (Mada- qaskar, Seyşel a-rı, Komor a-rı) vә Okeaniyanın (Vanuatu) bir sıra ölkәsinin, Pondiçerri ittifaq әrazisinin (Hindistan) vahid dili vә ya rәsmi dillәrindәn biridir. Livan, Mәrakeş, Mavritaniya, Tunis vә Əlcәzairdә tәhsil vә mәdәniyyәt dilidir. ABŞ-da fransızdilli әhali qrupları var (Luiziana, Yeni İngiltәrә ştatları). BMT vә YUNESKO-nun rәsmi dillәrindәn biridir. F.d.-ndә danışanların ümumi sayı tәqr. 274 mln. nәfәrdir (2016), o cümlәdәn Fransada 66,6 mln.-dan çox (2016), İsveçrәdә 1,8 mln. (2012), Belçikada 4,3 mln. (2014), Kanadada tәqr. 7,2 mln. (2011).

    F.d. roman dillәrinә daxildir (qall-roman qrupu). Bir sıra dialekt qrupları var: şimal (Normandiya, Pikardiya, vallon); qәrb (Anju, Men, qall); cәnub-qәrb (Puatu, Sentonj, Anqulem); mәrkәzi (Frans, Turen, Orlean, Berri); cәnub-şәrq (Burqundiya, Burbonne, Franş-Konte); şәrq (Lotaringiya, Şampan). Ədәbi dil Frans (İl-de-Frans) dialekti әsasında formalaşmışdır. Yalnız şimal dialektlәri yaxşı saxlanılmışdır. F.d.-nin variantları Belçikada, İsveçrәdә, Kanadada xüsusilә tәlәffüz vә leksikada özünәmәxsus xüsusiyyәtlәrә malikdir. Kanadada hәmçinin fransızdilli әhali qruplarının – kvebeklilәrin (Kvebek әyalәti), akadiyalıların (Dәnizyanı әyalәtlәr) nitqindә fәrq nәzәrә çarpır. F.d. әsasında Haiti, Seyşel a-rı, Fransa Qvianası, Martinika, Qvade-upa vә s. yerlәrdә bir sıra kreol dillәri formalaşmışdır.

    Vokalizmindә 16 fonem var, konsonantizmindә 17 samit fonem vә 3 yarımsamit var; affrikat yoxdur; “R” dilçәk samiti normativ hesab olunur. Fonetik cәhәtdәn qısa (iki, yaxud bir fonemdәn ibarәt) sözlәr çoxdur.

    Vurğu dinamikdir, oksitondur (sonuncu hecaya düşür). Nitq axınında söz vurğusu yoxdur, yalnız fraza vurğusu var. 

    F.d.-nin şifahi formasına analitizm xasdır; qrammatik kateqoriyaların çoxu kömәkçi sözlәr vasitәsilә ifadә olunur. Yazı forması aqlütinasiya elementlәri ilә flektiv-analitikdir; onda bir sıra morfoloji qrammatik әlamәtlәr saxlanılmışdır. Fonoloji vә sintaktik әlaqәdәn asılı olaraq, fleksiyalar tәlәffüz edilә bilәr.

    İsimlәrdә, әsasәn, artikllәr vә digәr determinativlәrlә ifadә olunan cins (kişi, qadın) vә say kateqoriyaları var.

    Subyekt vә obyekt şәxs әvәzliklәrindә vurğulu vә vurğusuz formalar qarşılaşdırılmışdır; 3-cü şәxsdә hәmçinin vasitәsiz vә vasitәli obyektin qarşılaşdırılması saxlanılmışdır. Qeyri-müәyyәn şәxs әvәzliyi (on) mövcuddur.

    Feilin 4 forması var: indikativ, konyunktiv (lazım forması), kondisional, imperativ (әmr forması). Zaman sistemi tәrkib vә prinsipcә ümumroman dillәrindәki kimidir. Yazılı nitqdә mürәkkәb nәqli keçmiş (passé compose) vә sadә nәqli keçmiş (passé simple) zaman formaları aktual vә qeyri-aktual hәrәkәt kimi qarşılaşdırılır. Şifahi nitqdә sadә nәqli keçmiş zamandan istifadә olunmur. Feilin qrammatik növlәri: mәlum, mәchul, qayıdış, sәbәb. Tәrz kateqoriyası yoxdur, növ müxalifliyi zaman formalarının qarşılaşdırılması ilә verilir.

    Sözdüzәltmәdә vә sözdәyişmәdә şәkilçilәşmәnin rolu digәr roman dillәri ilә müqayisәdә mәhduddur. Söz sırası sabitdir; nәqli cümlәdә söz sırası düzdür, sual cümlәlәri üçün inversiya sәciyyәvidir.

    Leksikası latın mәnşәlidir. Əzәli (xalq) sözlәri vә yazılı latın mәtnlәrindәn götürülmüş sözlәr fonetik cәhәtdәn fәrqlidir. İlkin germanizmlәr, kelt dillәrifrankların dilindәn alınma sözlәr var. F.d.-nin bәzi fonetik xüsusiyyәtlәri kelt substratının tәsirilә izah olunur.

    Yazısı latın qrafikası әsasındadır. Çoxlu sayda tarixi, etimoloji yazılışlar, tәlәffüz olunmayan samitlәr var.

    F.d.-nin tarixindә qәdim (9–13 әsrlәr), orta (14–16 әsrlәr), klassik (17–18 әsrlәr) vә müasir (19 әsrdәn) dövrlәr ayırd edilir. Qәdim dövr F.d. müasir F.d.-ndәn әhәmiyyәtli dәrәcәdә fәrqlәnmişdir. Strasburq andları (842 il) vә Müqәddәs Yevlaliya haqqında sekvensiya (9 әsrin sonu) ilk yazılı abidәlәrdir. Bu dövr abidәlәrinә hәmçinin epik poeziya, kurtuaz romanları, truverlәrin poeziyası daxildir. Orta dövrlәr F.d. leksik, sözdüzәldici elementlәr, sintaktik quruluş cәhәtdәn yazılı latın dilinin güclü tәsirinә mәruz qalmışdır. 16 әsrdә ümumfransız yazılı әdәbi dilinin normalaşdırılması vә kodifikasiyası baş vermişdir. 17–18 әsrlәr F.d.-ndә klassik әdәbiyyatın, xüsusilә dramaturgiya vә nәsrin yarandığı dövrdür (bax hәmçinin Fransa mәqalәsinin “Ədәbiyyat” bölmәsinә). 18 әsr – 19 әsrin 1-ci yarısı F.d. ümumavropa beynәlxalq mәdәniyyәt dili rolunu oynamışdır. 20–21 әsrlәrdә şifahi nitqdә getdikcә әdәbi normalardan uzaqlaşma müşahidә olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN