Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANSIZLAR 

    FRANSIZLAR (özlәrini les Français adlandırırlar) – xalq, Fransanın әsas әhalisi. Sayları 66,6 mln. nәfәrdir (Milli Statistika vә İqtisadi Tәdqiqatlar İn-tu, 2016), onlardan 2,7 mln. nәfәri dәnizaşırı departamentlәrin vә әrazilәrin sakinlәridir (2011–13). F.-ın 1,6 mln. nәfәrdәn çoxu (2012) dünyanın müxtәlif ölkәlәrindә yaşayır. Əsasәn, fransız dilindә danışırlar; “regional dillәr”-dә vә azlıqların [oksitanlar, elzaslılar, lüksemburqlular, flamandlar, bretonlar, basklar, katalonlar, korsikalılar, kalvililәr vә bonifaçolular (Korsikanın şm.-q.-indә Kalvi kommunası vә c.-unda Bonifaço kommunası; italyan dilinin Liquriya dialektindә danışırlar), Korsikanın q.-indә Karcez (Karjez) kommunasının yunanları] dillәrindә danışan etnik qruplara bölünürlәr; Taiti vә kanak dillәri dә F.-ın regional dil statusuna malikdir. Dindarları, әsasәn, xristiandır, müsәlmanları da var.

     Fransızlar. Ənәnәvi kәnd fermer evi.

    E.ә. 1-ci minillikdә Fransa әrazisi (Qalliya) keltlәr, yaxud qallar tәrәfindәn mәskunlaşdırılmışdır; c.-da iberlәr, liqurlar, etrusklar, finikiyalılar, yunanlar, romalılar, vaskonlar (bax Basklar) yaşayırdılar. E.ә. 1-ci minilliyin sonlarından latın xalq dilindә danışan qall-Roma etnik birliyi formalaşmışdır. 3 әsrdәn Qalliyaya soxulmuş germanlar (alemanlarburqundlar, vestqotlar, franklar) sonralar yerli әhali ilә qaynayıb-qarışaraq latın xalq dilini mәnimsәmişdilәr. Orta әsrlәrdә F.-ın iki böyük qrupu – şimal vә romanlaşmaya daha çox mәruz qalmış cәnub qrupu formalaşmışdır; “bәli” sözünün tәlәffüzündәki fәrqә (şm.-da oil vә c.-da oc) görә, şm. torpaqları Langedoyl (langue d’oil), c. torpaqları Langedok (langue d’oc), yaxud Oksitaniya adlandırılırdı; 15 әsrin sonlarından şimal vә cәnub etnik birliklәrinin qaynayıb-qarışması prosesi başladı. 16–17 әsrlәrdә Fransa mütlәqiyyәt dövlәtinin bәrqәrar olması, bununla yanaşı mәhkәmә vә inzibati kargüzarlıqdan latın dilini sıxışdırıb çıxaran fransız dilinin istifadәsi F.-ın etnik birliklәrinin konsolidasiyasına vә ümummilli fransız mәdәniyyәtinin formalaşmasına imkan yaratdı. Böyük Fransa inqilabı dövrünün islahatları (әyalәtlәrin gömrükxanaları ilә birlikdә lәğv edilmәsi, ümumi әsgәri mükәllәfiyyәtin, vahid ölçü vә çәki sisteminin tәtbiqi, feodal partikulyarizminin aradan qaldırılması) vilayәtlәr arasında müxtәlifliklәrin aradan qalxmasına vә fransız xalqının vahid millәtә çevrilmәsinә sәbәb oldu. Fransanın tarixi regionlarında – Nor, Pa-de-Kale (Artua tarixi vilayәti), PikardiyaNormandiya, İl-de-Frans, Şampan, Lotaringiya, Elzas, Franş-Konte, Burqundiya, Mәrkәz-Luara vadisi, Luara torpaqları (Pei-de-la-Luar), Bretan, Puatu, Limuzen, Overn, Rona-Alp (Savoyya vә Dofine tarixi vilayәtlәri), Provans, Lacivәrd sahili (Cote d’Azur), Langedok, Russilyon, Akvitaniya vә Korsikada k.t.-nın әnәnәvi sahәlәrindә (Normandiyada alma, Provansda zeytun vә sitrus bitkilәrinin becәrilmәsi, Şam- pan, Burqundiya vә Jirondada üzümçülük vә şәrabçılıq) vә mәdәniyyәtdә özünәmәxsus xüsusiyyәtlәr qorunub saxlanılmışdır. Ayrı-ayrı rayonlarda әnәnәvi sәnәt sahәlәri sәnaye inkişafına qәdәm qoymuşdur (Obüson vә Bove qobelenlәri, Valansyen vә Alanson krujevaları, Lion ipәk manufakturaları, Sevr çini qabları, Limoj minaları, Qrasın әtriyyat istehsalı vә s.; onların bir qismi YUNESKO-nun qeyri-maddi mәdәni irs siyahısına daxil edilmişdir). Fransanın kiçik şәhәrlәrindә әsas meydanı mәrkәzdә yerlәşәn orta әsrlәrin radial planlaşdırması saxlanılmışdır. Kәnd mәskәnlәri, әsasәn, xәtti planlıdır, evlәri, başlıca olaraq, daşdan (әsasәn әhәngdaşıdan, Overndә bazaltdan, Bretanda qranitdәn, Vogez dep-tindә çәhrayı qumdaşıdan, Arden dep-tindә şistdәn vә s.) tikilir, qәrbdә (Anju, Puatu, Turen, Sentonj) vә şimalda (Normandiya, Pikardiya, Şampan, Elzas) karkaslı (Fransanın karkas texnikası YUNESKO-nun qeyri-maddi mәdәni irsi siyahısına daxil edilmiş- dir), dağlıq rayonlarda isә (Vogez, Alp) kәrtmә (şale) tikililәr üstünlük tәşkil edir. Şimalda, qәrbdә, Mәrkәzi massivdә vә şimal-şәrqdә (Lotaringiya, Elzas) yaşayış vә tәsәrrüfat sahәlәrini birlәşdirәn dik damlı, birmәrtәbәli “blok evlәr”, yaxud “kelt evlәri”; şimal-şәrqdә (İl-de-Frans, Pikardiya, Artua, Şampan) qapalı hәyәtli evlәr; Mәrkәzi Fransada (Berri, Burbonne, Niverne, Cәnub-Qәrbi Burqundiya) açıq hәyәtli evlәr, Cәnubi Fransada Aralıq dәnizi tipli, Alp vә Pireneydә Alp tipli evlәr yayılmışdır. Ənәnәvi mәtbәxlәri üçün pendir, sürtgәcdәn keçirilmiş tәrәvәz vә soğan şorbaları, dәniz mәhsulları sәciyyәvidir; fransız qida sistemi (repá) YUNESKO-nun qeyri-maddi mәdәni irs siyahısına daxil edilmişdir. Bayramlardan Milad bayramı (Noel), Karnaval, Bütün Müqәddәslәrin Anım günü, Bastiliyanın alınması günü (14 iyul) seçilir. Pireneydә Yay günәşduruşu zamanı qeyd edilәn Od bayramı, Limojda Bütün Müqәddәslәr Günündә müqәddәs Marsialın cәsәdinin qalıqları ilә keçirilәn “tәntәnәli nümayişlәr”, bretonların Fes-Noz bayramı, nәhәng kuklaların (jean, geyyan) nümayişi ilә müşayiәt olunan flamand mәrasimlәri, әsasәn, Kadr-Nuar süvari korpusu ilә tәmsil olunan Fransa atçılıq mәktәbi, şahin ovu әnәnәsi, orta әsrlәrin hәmkarlar ittifaqları şәbәkәsi (kompanyonaj) YUNESKO-nun qeyri-maddi mәdәni irs siyahısına daxil edilmişdir.

     Fransızlar әnәnәvi milli geyimdә.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN