FRANSİSK (lat. Franciscus; Xorxe Mario Berqolyo, isp. Jorge Mario Bergoglio) (d.17.12.1936, Argentina, Buenos-Ayres) – Roma papası (13.3.2013 ildәn). İtaliyalı mühacir ailәsindә doğulmuşdur. Ramos-Mexiya ş.-ndә (Buenos-Ayres әyalәti) salezian mәktәbindә oxumuş, texnikumda kimya üzrә tәhsil almışdır; 1955 ildәn yeparxiya seminariyasında (Vilya-Devoto, Buenos-Ayres) oxumuşdur; 1958 il martın 11-dә İsa
Mәsih cәmiyyәtinә (yezuitlәr) daxil olmuşdur; San-Migeldә (Buenos-Ayres) Müq. İosif Kollegiyasında tәlim keçmişdir. 1973–79 illәrdә Argentinada yezuitlәrin provinsialı (başçısı), 1980–86 illәrdә Müq. İosif Kollegiyasının rektoru vә San-Mi- geldә prixod başçısı olmuşdur.
Roma papası Fransiskin Azәrbaycana sәfәri zamanı Azәrbaycan Respublikasının Prezidenti İlham Əliyevlә görüşü. Bakı. 2 oktyabr 2016-cı il.
Roma papası II İoann Pavel F.-i Aukskimin titulyar yepiskopu vә Buenos-Ayresin kömәkçi yepiskopu tәyin etmişdir (20.5.1992); F. Buenos-Ayres arxiyepiskopunun koadyutoru (3.6.1997 ildәn), Buenos-Ayresin arxiyepiskopu (28.2.1998 ildәn) vә kardinal-keşiş (21.2.2001 ildәn) olmuşdur. II İoann Pavelin ölümündәn sonra F.-in adı papalığa namizәdlәrin arasında çәkilirdi. Konklavda iştirak etmişdir (2005 il, aprel). Argentina yepiskop konfransının sәdri olmuşdur (2005–11).
XVI Benediktdәn sonra Roma papası seçilmiş, Fransisk adını qәbul etmişdir. Latın Amerikasından olan ilk Roma papası vә ilk papa-yezuitdir. 2013 il martın 19-da Vatikanda Müq. Pyotr meydanında inauqurasiya, 2013 il aprelin 7-dә Lateran bazilikasında inqress mәrasimi keçirilmişdir. F.
pontifikatının istiqamәtlәrini “Lumen fidei” (“İman nuru”, 2013) vә “Laudato si” (Ümumi evә, yәni ekologiyaya qayğı haqqında, 2015) ensiklikaları, “Evangelii gaudium” (müasir dünyada İncilin çatdırılması haqqında, 2013) vә “Amoris laetitia” (ailә sevgisi haqqında, 2016) apostol müraciәtlәri sәciyyәlәndirir. F. “Misericordiæ Vultus” (11.4.2015) bullası ilә mәrhәmәtә hәsr olunan növbәdәnkәnar “Yubiley ili” (“Annus Sanctus”) elan etmişdir.
F. Kilsәnin sosial xidmәtinin güclәndirilmәsi mәsәlәsinә xüsusi diqqәt ayırmağa çağırır; o, apostol sarayında yaşamaqdan imtina etmişdir. F. cinayәt hüququ vә Vatikanın maliyyә-iqtisadi fәaliyyәti sahәsindә XVI Benediktin başladığı islahatları, hәmçinin Roma-katolik kilsәsinin yenilәnmәsi xәttini davam etdirir. Müntәzәm xarici sәfәrlәr edәn F. ekumenist vә dinlәrarası dialoqu inkişaf etdirir. Azәrb.-da olmuşdur (2.10.2016).
Ə s ә r l ә r i: Meditaciones para religiosos. B. Aires, 1982; Educar: exigencia y pasión: desafíos para educadores cristianos. B. Aires, 2006; Mente abierta, corazón creyente. B. Aires, 2013; Ponerse la patria al hombro: memoria y camino de esperanza. B. Aires, 2013; Reflexiones en esperanza. Madrid; Cittá del Vaticano, 2013.