Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANSİSK ASSİZİLİ

    FRANSİSK ASSİZİLİ (lat. Franciscus Assisiensis, ital. Francesco d’Assisi) (әsl adı – Covanni B e r n a r d o n e) [1181/82, Assizi – 3.10.1226, Assizi] – italyan din xadimi. Tacir ailәsindә doğulmuşdur. Var-dövlәtdәn imtina etmiş, 1206 ildәn özünü İncildә tәrәnnüm olunan yoxsulluğun tәbliğinә hәsr etmişdir. 1207–09 illәrdә fransiskçilәr ordeninin әsasını qoymuşdur. İspaniyada, Cәnubi Fransada, Misirdә, Fәlәstindә vәzlәr vermiş, getdiyi hәr bir yerdә onun tәrәfdarlarından ibarәt tәşkilatlar meydana gәlmişdir. Şәrqdәn qayıtdıqdan sonra (orada müsәlmanlar arasında xristianlığı tәbliğ etmәyә çalışırdı) fransiskçilәr ordeninin papalığın himayәsindә adi rahib ordeninә çevrilmәsinә qarşı çıxdığına görә F.A. 1220 ildә ordenin rәhbәrliyindәn uzaqlaşdırılmışdır. 1228 ildә papa IX Qriqori tәrәfindәn müqәddәslәrin sırasına daxil edilmişdir. Onun haqqında olan hekayә vә әfsanәlәr “Müqәddәs Fransisk As- sizilinin güllәri” adlı anonim әsәrdә toplanmışdır. F.A. latın dilindә әsәrlәrlә yanaşı (“Xeyirxahlığın tәrifi”, “Allahın tәrifi” vә s.), hәm dә italyan dilindә (daha dәqiq Umbriya dialektindә) “Günәş qardaşın kantikası, yaxud Yaranışın tәrifi” (1224) poetik әsәrinin müәllifidir. Xor üçün nәzәrdә tutulmuş bu himndә Allah vә onun bütün yaratdıqları tәrәnnüm edilir. F.A dini poeziyaya kainatın harmonik mәnzәrәsi, onunla qovuşma, tәbiәtin vәcdi kimi yeni motivlәr gәtirmişdir. Xalq dilindә yazılmış әn erkәn poetik abidәlәrdәn olan kantikaları nәinki dini, hәm dә dünyәvi italyan poeziyasının inkişafında mühüm rol oynamışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN