Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANSİSK I

    FRANSİSK I (François) (12.9.1494, Konyak – 31.3.1547, Rambuye) – Fransa kralı [1515–47]. Valua sülalәsinin Anqulem qolunun nümayәndәsi. 1499 ildә Valua hersoqu titulunu almış, 1506 ildә XII Lüdovikin qızı Fransalı Klodla evlәnmişdir. XII Lüdovikin ölümündәn sonra Fransa taxtına çıxmışdır.

    Sәlәflәrinin başladığı İtaliya müharibәlәrini davam etdirmiş, 1515 ildә Marinyano yaxınlığında qәlәbә qazanmış vә Milanı tutmuş, 1525 ildә isә Paviya yaxınlığındakı vuruşmada imperiya ordusu tәrәfindәn mәğlubiyyәtә uğradılmış vә әsir götürülәrәk Madridә göndәrilmişdir. Habsburqlarla mübarizәnin gedişindә protestant alman knyazları ilә ittifaq bağlamış (1531) vә Bretanı Fransaya birlәşdirmişdir (1532). Osmanlı sultanı I Süleyman Qanuni [1520– 66] ilә danışıqlar aparmışdır; 1536 ildә Fransa Osmanlı imperiyasından әlverişli ticarәt imtiyazları (“kapitulyasiyalar”) almışdır.

    I F.-in daxili siyasәti mәrkәzi hakimiyyәtin möhkәmlәndirilmәsinә yönәlmişdi. Dövlәt idarәçiliyinin әsas orqanı kral şurası idi; әyalәtlәrdә kral tәrәfindәn tәyin olunan vә yerli әyanlar arasından seçilmiş qubernatorların fәaliyyәtinә nәzarәt edәn baş canişin vәzifәlәri tәsis olunmuşdu. 1539 ildә I F. mühakimә işlәrinin aparılması qaydalarının unifikasiyası haqqında “Böyük ordonans” qәbul etmişdi. Sәnәdә әsasәn bütün işlәr fransız dilindә aparılırdı. Müharibәlәri, geniş quruculuq işlәrini vә fransız sarayının tәmtәrağını maliyyәlәşdirmәk zәrurәtindәn vergilәrin artırılması üsyan vә qiyamlara (1516–19 illәrdә Bordo vә Tuluzada; 1529 ildә Lionda, Dijonda) sәbәb olurdu. I F. İtaliya vә Almaniya bankirlәrindәn borc alır, bәlәdiyyә rentalarının vә kral vәzifәlәrinin satışı ilә mәşğul idi. 1516 ildә I F. Roma papası X Lev ilә kilsә vәzifәlәrinә kralın öz namizәdlәrini tәyin etmәk hüququnu tәsdiqlәyәn Bolonya konkordatını (1516) imzalamışdı. İlk vaxtlar mötәdil kilsә islahatlarının tәrәfdarları olan fransız humanistlәrinә qarşı tәdbir görmәyәn I F. 1534 ildә “lüteran sektası”-nın vә digәr bidәtlәrin aradan qaldırılmasının zәruriliyini elan etdi. 1544 ildә Paris Un-ti “Qadağan edilmiş kitabların siyahısı”nı açıqladı.

    İncәsәnәti himayә edәn I F. Fransaya İtaliyadan memarları, rәssamları (o cümlәdәn Andrea del Sarto, B. Çellini, Leonardo da Vinçi) dәvәt etdirmişdi. Blua vә Ambuazda kral sarayları yenidәn qurulmuş, Şambor, La-Müet vә Fontenbloda renessans üslubunda yeni möhtәşәm sarayların tikintisinә başlanılmışdı. Kitab nәşrinә dәstәk verәn I F.-in dövründә әlyazma vә kitabların toplanması işi sistemli şәkildә aparılırdı. 1530 ildә Paris Un-tindә (18 әsrin sonlarından Kollej de Frans) Kral mühazirәçilәri korporasiyası tәsis edilmişdi.

    Fransalı Klodun ölümündәn sonra I F. Habsburqlar sülalәsindәn olan Müqәddәs Roma imperatorları V Karl vә I Ferdinandın bacısı Avstriyalı Eleonora ilә evlәnmişdir (1530).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN