Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRANSİSKÇİLƏR

    FRANSİSKÇİLƏR (franciscani) – yoxsulluq, tәrkidünyalıq vә s.-i tәbliğ mәqsәdilә әsası 1207–09 illәrdә İtaliyada Fransisk Assizili tәrәfindәn qoyulmuş katolik dilәnçi ordeninin üzvlәri. 1223 ildә papa III Honori F.-in nizamnamәsini tәsdiq etmişdir. F. ordeninin meydana gәlmәsi ilә dilәnçi ordenlәrinin әsası qoyulmuşdur. F. beli kәndirlә bağlanan yun qәhvәyi xirqә vә sәndәl geyinir, ölkәni gәzәrәk vәzlәr verirdilәr. Onlar katolik kilsәsinin düşmәnlәrinә, bidәtçilәrә qarşı mübarizә aparır, hәmçinin missioner kimi fәaliyyәt göstәrirdilәr. 13 әsrin 20-ci illәrindә F. praktiki olaraq yoxsulluq idealından әl çәkdilәr. İanәlәr, hәdiyyәlәr vә vәsiyyәt edilmiş mülklәr sayәsindә orden böyük mülkiyyәtçiyә çevrildi. 14 әsrin әvvәllәrindә F.-in varlanması papalıq tәrәfindәn leqallaşdırıldı vә ordenin әmlakı kilsәnin mülkiyyәti elan olundu. F. dominikçilәrlә yanaşı, inkvizisiyanın funksiyalarını icra edirdilәr. 1256 ildә papalıq onlara un-tlәrdә müәllimlik etmәk hüququ verdi. Böyük Fransa inqilabı vә burjua inqilabları dövründә lәğv edilәn F. ordeni 19 әsrin sonlarında yenidәn tәsis edildi (әvvәl İspaniya vә İtaliyada, sonra Fransa vә b. ölkәlәrdә). Hazırda dünyanın bir sıra ölkәsindә F. ordeninin tәşkilatları vә tәbliğat mәrkәzlәri var. 

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN