FRANS–KELDIŞ EFFEKTİ – yarımkeçiricidә mәxsusi udulmanın sәrhәdinin elektrik sahәsindә kiçik tezliklәrә tәrәf sürüşmәsi. Nәzәri olaraq alman fiziki V.Frans (W.Franz) vә L.V.Keldış (1958) qabaqcadan söylәmiş, eksperimental olaraq V.S.Vavilov vә K.İ.Britsın Si-dә müşahidә etmişlәr. Elektrik sahәsi olmadıqda udulmanın sәrhәdi işığın ω = Ɛg∕ħ tezliyinә uyğundur (Ɛg – qadağan olunmuş zonanın enidir). Elektrik sahәsindә elektronların valent zonasından keçiricilik zonasına tunel keçidi nәticәsindә udulmanın sәrhәdi dәyişir vә işığın udulması ω < Ɛg∕ħ tezliyindә mümkün olur. Udulma әmsalı ilә bәrabәr sındırma әmsalı da dәyişir. F.– K. e. optik şüalanmanın modulyasıyası üçün istifadә olunur.