“FRAN-TİRÖR” (“Le Franc-Tireur” – “Azad atıcı”) – İkinci dünya müharibәsi (1939–45) dövründә Fransanın milli müstәqilliyinin bәrpası uğrunda mübarizә aparmış sol, qeyri-kommunist, vәtәnpәrvәr tәşkilat; Müqavimәt Hәrәkatına daxil idi. 1940 ildә Lionda yaradılmışdır. Kәşfiyyat fәaliyyәti vә tәbliğatla mәşğul olmuşdur. Mәrkәzi mәtbu orqanı “Fran-tirör” qәzeti idi. Ş. de Qollun başçılığı ilә Müvәqqәti hökumәtin yaradılması ideyasını dәstәklәmiş vә 1942 ildә generala tabe olan “Gizli ordu”nun rәhbәrliyi altında fәaliyyәt göstәrmәyә razılaşmışdır. 1943 ildә “F.-t.” “Komba” vә “Liberasyon-Süd” ilә birlikdә Birlәşmiş Müqavimәt hәrәkatını formalaşdırmışdır; “F.-t.” Milli Müqavimәt şurasının üzvü vә 1944 ildә Milli azadlıq hәrәkatının tәsisçilәrindәn biri idi. İ.Farj, J.Altman, J.J.Sudey “F.-t.”-ün liderlәri, görkәmli tarixçi M.Blok onun üzvü olmuşlar.