FRASİLL (Θrάσυλλος) (e.ә. 456, digәr mәlumatlara görә, e.ә. 442 – e.ә. 406] – Peloponnes müharibәsinin (e.ә. 431–404) son mәrhәlәsindә mәşhurlaşmış Afina sәrkәrdәsi. E.ә. 411 ildә Frasibul ilә birlikdә Samos a.-nda demokratik hәrәkata başçılıq etmiş, strateq kimi Kinossema, Abidos (e.ә. 411) vә Kizik (e.ә. 410) yaxınlığındakı dәniz vuruşmalarının, Arginus döyüşünün (e.ә. 406) iştirakçısı olmuşdur. Oliqarxlar tәrәfindәn Arginus döyüşündәki müzәffәr strateqlәrә qarşı irәli sürülmüş ittiham prosesi nәticәsindә döyüşdә hәlak olmuş afinalı döyüşçülәrin dәfn mәrasimini tәşkil etmәmәkdә tәqsirli bilinәrәk digәr strateqlәrlә birlikdә Afinada edam edilmişdir.