FRÁŞERİ (Frashëri) Naim (25.5.1846, Fraşeri k. – 20.10.1900, İstanbul) – alban şairi, alban milli dirçәliş hәrәkatı xadimi. “Xәyallar” (1885, fars dilindә), “Yay çiçәklәri” (1890), “Cәnnәt vә sәrrast sözlәr” (1894) şeir toplularının, “Albanların әsl arzusu” (1886), “İsgәndәrbәyin tarixi” (1898), “Kәrbәla” (1898) poemalarının müәllifidir. Vәtәnpәrvәrlik, milli vә ictimai azadlıq ideyalarının tәrәnnümü yaradıcılığının әsas mövzusudur.