FRATRİYA (yun. φρατρία – qardaşlıq) – 1) klassik dövrәqәdәrki Yunanıstanda filanın bir neçә nәsli (Qәdim Afinada 30 nәsli) birlәşdirәn hissәsi. 2) Sosial antropologiyada tayfanın bir hissәsi, bir neçә qohum nәslin ekzoqamiya qrupu (bax Ekzoqamiya); qrup üzvlәri yalnız öz tayfasının digәr F.-sının üzvlәri ilә nikaha girә bilәrdilәr. Adәtәn, tayfa iki F.-dan ibarәt olurdu; ibtidai icma dövrünün sonlarında üçfratriyalı tayfalar da mövcud olmuşdur. İnkişafının son mәrhәlәsindә F. qeyri-ekzoqam ola bilәrdi. Fratriyalı bölgü elementlәri bәzi müasir xalqlarda da nәzәrә çarpır (mәs., ob uqrlarında). “F.” terminini L.H.Morqan tәtbiq etmişdir. 3) Paleontologiyada bioloji növә ekvivalent olan anlayış.