FRAUNHOFER XƏTLƏRİ – Günәş spektrindәki әsas udulma xәtlәri. F.x.-ni ilk dәfә ingilis fiziki U.Vollaston (W.H.Wollaston; 1766–1828) 1802 ildә müşahidә etmiş, Y.Fraunhofer isә onları aşkara çıxararaq müfәssәl surәtdә tәsvir etmişdir (1814). Fraunhoferin siyahısında 570-dәn çox spektral xәtlәr olub. Q.R.Kirxhof F.x.-nin düzgün izahını vermişdir. Günәş spektrinin tәrkibindә 20 mindәn çox (ultrabәnövşәyi, görünәn vә infraqırmızı oblastlarda) F.x. müşahidә olunmuşdur.