FRAVARTİŞ – Midiyada (M a d a) Əhәmәnilәrin ağalığına qarşı baş vermiş üsyanın başçısı. Üsyan maq Qaumatanın qәtlindәn (e.ә. 522 il, 29 sentyabr) sonra baş vermişdir. F. özünü Midiya şahı Kiaksarın nәslindәn olan Xşasrita kimi tәqdim edirdi. F. üsyanı kütlәvi xalq hәrәkatına çevrilmişdi. Bisütun kitabәsindә bildirilir ki, bütün Midiya xalqı F.-in tәrәfinә keçmişdi. Əhәmәni şahı I Dara [e.ә. 522–488] üsyançılara qarşı sәrkәrdәsi Vidarnanı göndәrmişdi. Midiyadakı Maruş ş. yaxınlığındakı vuruşma tәrәflәrdәn heç birinә uğur gәtirmәmişdi. Vidarnanın qoşunu növbәti döyüşlәrdәn çәkinәrәk bir neçә ay Daranın әsas qüvvәlәrlә Midiyaya gәlmәsini gözlәmişdi. E.ә. 521 il mayın 7-dә Kunduruş adlı yerdә baş vermiş hәlledici vuruşmada Daranın komandanlıq etdiyi qoşun üsyançıları mәğlubiyyәtә uğratmışdı. 34425 üsyançı öldürülmüş, 18 min nәfәr isә әsir düşmüşdü. F. Midiyanın ş.-indә yerlәşәn Raqa vil.-nә qaçsa da, iyun ayında tutularaq Daranın yanına gәtirilmişdi. F. vә onun yaxın silahdaşları Aqbatanada edam olunmuşdular.