FRÁYBURQ, F r a y b u r q - i m - B r a y s q a u (Freiburq im Breisgau) – AFR-dә, Baden-Vürtemberq federal әrazisindә şәhәr. Əh. 230 min (2018). Şvartsvald massivinin q. әtәklәrindәdir.
Frayburq-im-Braysqau şәhәrindәn görünüş.
Əsası 1120 ildә hersoq III Bertold Seringen tәrәfindәn qoyulmuşdur. 1386 ildә Avstriya Habsburqlarının hakimiyyәti altına keçmişdir. 1457 ildә ershersoq Avstriyalı VI Albrext burada Almaniyanın әn qәdim universitetlәrindәn biri olan Frayburq Universitetini yaratmışdır. Otuzillik müharibә (1618–48) dövründә dağıntılara mәruz qalmış vә bir müddәt Fransanın işğalı altında olmuş, 1648 ildә Avstriyanın Qәrb әyalәtinin mәrkәzinә çevrilmişdir. 1805 ildә Baden hersoqluğunun tәrkibinә qatılmışdır. İkinci dünya müharibәsi zamanı Fransa vә B.Britaniya hәrbi-hava qüvvәlәrinin bombardmanına mәruz qalmışdır.
Elektrotexnika, yüksәkkeyfiyyәtli vә xüsusi polad istehsalı, kimya, poliqrafiya, pambıq parça, tikiş, ayaqqabı-dәri, kağız, yeyinti sәnayesi sahәlәri inkişaf etmişdir. Dәzgahqayırma, cihazqayırma var.