FRÁYER (Freyer) Hans (31.7.1887, Leypsiq – 18.1.1969, Eberştaynburq) – alman filosofu vә sosioloqu. Qrayfsvald (1907) vә Leypsiq (1908–11) un-lәrindә tәhsil almışdır. Kil (1922 ildәn) vә Leypsiq (1925–48) un-tlәrinin prof.-u, sosiologiya üzrә ilk alman prof.-u. 1948 ildәn sonra Visbadendә “Brokhauz” nәşriyyatının әmәkdaşı, 1955– 63 illәrdә Münster un-tinin prof.-u olmuşdur.
Sosiologiyanı “inkişaf etmiş kapitalizmin sinifli cәmiyyәti haqqında elm” kimi müәyyәnlәşdirәn onu “böhran elmi” (“Soziologie als Wirklichkeitswissenschaft...”, 1930) kimi qәbul edirdi. F. 1920-ci illәrdә neoheçelçilk ideyaları yönündә vә mühafizәkar inqilab düşüncәlәri konteksindә yazdığı әsәrlәrindә (“Dövlәt” – “Der Staat”, 1925; “Sağdan inqilab” – “Revolution von rechts”, 1931) burjua-vәtәndaş cәmiyyәti ziddiyyәtlәrinin dәf edilmәsindә vә yeni tarixi birliyin – әn müxtәlif sosial tәbәqәlәrdәn, qruplardan tәşәkkül tapan, “sağdan inqilab” prosesindә yeni dünyanın subyektinә çevrilәn, azad әmәk dünyasının özgәninkilәşdirilmәsini aşan “xalq”ın formalaşmasında hәlledici rolu dövlәtә ayırırdı.
Hәlә ilk әsәrlәrindә toxunduğu sәnaye cәmiyyәti nәzәriyyәsini müharibәdәnsonrakı yaradıcılığında, xüsusilә “Müasir dövrün nәzәriyyәsi”ndә (“Theorie des gegenwartigen Zeitalters”, 1955) inkişaf etdirdi. 18–19 әsrlәrdә yaranmış sәnaye cәmiyyәti keçmiş mәdәniyyәtlәrә münasibәtdә “ikincili” olan maddi istehsal vә bölgü, bürokratik idarәçilik, texnika sahәlәrinә aid bircins sistemlәrin mövcudluğu ilә sәciyyәlәnir. Bundan әvvәlki tarixdә analoqu olmayan bu sistemlәr ayrıca insanın mәna yükününün artırılmasına deyil, effektivliyә istiqamәtlәnmiş, insanın tәsiri onların effektiv fәaliyyәtini tәmin etmәk üçün tәlәb olunan minimuma endirilmişdir. İnsan sistemin әlavәsinә çevrilir, komfortun yüksәlmәsi qeyri-mәmnunluqla, şәxsi identikliyin itirilmәsi duyğusu ilә müşayiәt olunur. A.Gelenin institutlar nәzәriyyәsi ilә sәslәşәn bu ideyalar müharibәdәnsonrakı alman sosiologiyasına tәsir göstәrmişdir.