Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRAZEOLÓGİYA

    FRAZEOLÓGİYA (yun. φράσις, yiyәlik hal φράσεως – ifadә + ...logiya) – 1) dilin frazeoloji tәrkibini onun müasir vәziyyәtindә vә tarixi inkişafında öyrәnәn dilçilik bölmәsi. 2) Müәyyәn dilin frazeologizmlәrinin mәcmusu, onun frazeoloji tәrkibi.

    D i l ç i l i k   b ö l m ә s i  kimi F. frazeologizmlәri vә onların kateqoriya әlamәtlәrini öyrәnir, hәmçinin onların nitqdәki fәaliyyәtinin qanunauyğunluqlarını aşkara çıxarır.

    F. frazeologizmlәrin spesifikasını, hәmçinin onların mәnasını, leksik komponentlәrinin mahiyyәtini, onların sintaktik vә morfoloji quruluşunu, digәr dil vahidlәri ilә sintaktik әlaqәlәrinin xüsusiyyәtlәrini vә s. tәdqiq edir. F.-nın әsas mәqsәdi hәm frazeologizmlәr arasında, hәm dә frazeologizmlәr ilә mәna ifadә edәn vahidlәrin ümumdil sistemi arasındakı sistemli әlaqәlәri öyrәnmәkdir.

    F. frazeoloji vahidlәrin ayrılması prinsiplәrini, onların öyrәnilmәsi, tәsnifatı vә frazeoqrafiyası (lüğәtlәrdәki tәsvirini) metodlarını işlәyib hazırlayır. Dilçilikdә mövcud olan tәdqiqat metodları әsasında frazeoloji tәhlil vә tәsvirin öz üsulları işlәnib hazırlanır. F. frazeologizmlәrin xüsusiyyәtlәrindәn vә onların tәdqiqi metodlarından asılı olaraq, dilin frazeoloji tәrkibinin müxtәlif tәsnifatını verir.

    Frazeologizmlәrin ilkin, başlanğıc formalarını vә mәnalarını öyrәnmәk, onların mәnbәyini bütün әlçatan abidәlәr üzrә müәyyәn etmәk, dilin varlığının müxtәlif dövrlәrindә onlardan istifadә sahәsini aydınlaşdırmaq, dilin inkişafının bu vә ya digәr tarixi dövründә frazeoloji tәrkibin hәcmini vә onun sistemli nizamlanmasını müәyyәnlәşdirmәk tarixi F.-nın predmetini tәşkil edir.

    F.-nın inkişafına Ş. Ballinin fikirlәri әhәmiyyәtli tәsir göstәrmişdir. İlk dәfә o, dilә möhkәm şәkildә daxil olmuş birlәşmәlәri öyrәnmәk üçün xüsusi üsullardan istifadә edilmәsi zәrurәtini irәli sürmüşdür. F.-nın müstәqil dilçilik elminә çevrilmәsi isә V.V.Vinoqradovun adı ilә bağlıdır. Azәrb. dilinin frazeoloji әsasları S.Cәfәrov, A.Qurbanov, H.Bayramov, M.Mirzәliyeva vә b. tәrәfindәn araşdırılmışdır.

    Əd.: Q u r b a n o v  A. Müasir Azәrbaycan dilinin frazeologiyası. B., 1963; B a y r a m o v  H. Azәrbaycan dili frazeologiyasının әsasları. B., 1978; К о п ы л е н к о М.М., П о п о в а З.Д. Очерки по общей фразеологии. Воронеж, 1978; C ә f ә r o v S. Müasir Azәrbaycan dili. Leksika. B., 1982; Б а р а н о в А.Н., Д о б р о в о л ь с к и й Д.О. Аспекты теории фразеологии. М., 2008.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN