Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRÉBEL

    FRÉBEL (Fröbel) Fridrix Vilhelm Avqust (21.4.1782, Türingiya, Obervaysbax – 21.6.1852, Türingiya, Mariyental) – alman pedaqoqu, mәktәbәqәdәr tәrbiyә nәzәriyyәçisi. Yena (1799–1801), Göttingen vә Berlin (1811–13) un-tlәrindә tәhsil almışdır. 1807–10 illәrdә İ.H. Pestalotsi in-tunda  (İsveçrә, İverdon) işlәmişdir. 1816 ildә Pestalotsinin pedaqoji prinsiplәrinә әsaslanan Universal alman tәrbiyә in-tunu (Türingiya, Grishaym k.) açmışdır. 1829 ildә “zәrәrli ideyalar” yaydığına görә in-t bağlanmışdır. Başlıca әsәri olan “İnsanın tәrbiyәsi” kitabında (1826) pedaqoji görüşlәri sistemli şәkildә әksini tapmışdır. 1833 ildә Pestalotsinin Burqdorfda açdığı vә müxtәlif yaşda (o cümlәdәn mәktәbәqәdәr) uşaqların tәhsil aldığı yetimxanaya rәhbәrlik etmişdir. 1837 ildә Blankenburqda azyaşlı uşaqlar üçün tәsis etdiyi müәssisәni 1840 ildәn “uşaq bağçası” adlandırmışdır. F. oyun nәzәriyyәsini işlәyib hazırlamış, hәrәki oyunları toplamış vә onların metodiki şәrhini vermiş, forma, kәmiyyәt, ölçü vә mәkan әlaqәlәrinin dәrki ilә vәhdәtdә konstruksiyalaşdırma vәrdişlәrini inkişaf etdirmәk üçün mәşhur “Hәdiyyәlәr” vәsaitini hazırlamışdır. “Öz uşaqlarımız üçün yaşayacayıq” devizi ilә “Bazar günü vәrәqәsi” (1838– 40) qәzetini, uşaqlar üçün mahnılar toplusunu vә jurnal (1851) nәşr etmişdir. Ölümündәn sonra bütün bu nәşrlәr әsasında onun davamçıları tәrәfindәn “Uşaq bağçası pedaqogikası” kitabı buraxılmışdır. 1851 ildә hakimiyyәt orqanlarının qәrarı ilә Almaniyadakı bütün uşaq bağçalarının fәaliyyәti F.-in gәnclәri ateizmә aparan sosialist sisteminin bir hissәsi kimi qadağan olunmuşdu.

    F. mәktәbәqәdәr pedaqogika tarixindә ilk dәfә olaraq tam, metodiki cәhәtdәn әtraflı işlәnib hazırlanmış, praktiki vәsaitlәrlә tәchiz olunmuş mәktәbәqәdәr ictimai tәrbiyә sistemini yaratmış, mәktәbәqәdәr pedaqogikanın müstәqil bilik sahәsinә çevrilmәsinә tәsir göstәrmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN