Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRÉDERİK

    FRÉDERİK – Oldenburqlar sülalәsindәn Danimarka vә Norveç krallarının adı:

    F r e d e r i k  I (7.10.1471 – 10.4.1533, Hottorp qәsri) – Danimarka [1523–33] vә Norveç [1524–33] kralı, Şlezviq vә Holşteyn hersoqu [1490 ildәn]. Kral I Kristianın kiçik oğlu. 1522 ildә II Kristianı devirmәk mәqsәdilә qiyamçı Yutlandiya әyanları ilә әlaqә yaratmışdır. 1523 ilin martında onun qoşunu Danimarkaya soxulmuş vә o, Viborqda keçirilәn landstinqdә kral elan olunmuşdur. I F.-in hakimiyyәt dövrü daxili qeyri-sabitlik, len torpaqlarının Danimarka әyanlarına sәxavәtlә paylanması, riqsrodun rolunun güclәnmәsi vә vergilәrin artırılması ilә sәciyyәlәnirdi. Xarici siyasәtdә İsveçin Kalmar uniyasından (1397–1523) çıxmasını faktiki olaraq tanımış vә Hanza ilә ittifaqı saxlamışdır.

    F r e d e r i k  II (1.7.1534, Haderslev – 4.4.1588, Antvorskov) – Danimarka vә Norveç kralı [1559–88]. Kral III Kristianın oğlu. Hakimiyyәtinin ilk illәrindә İsveçlә Şimal Yeddiillik müharibәsindә (1563–70) [bax Danimarka-İsveç müharibәlәri (16– 19 әsrlәr)] әhәmiyyәtli uğur qazanmamışdır. Danimarka-Norveç dövlәtinin mövqeyini güclәndirmәk vә katolik dövlәtlәrinin tәhdidlәrinә müqavimәt göstәrmәk mәqsәdilә II F. Danimarka donanmasını modernlәşdirmiş, hәmçinin Eresunn boğazına nәzarәti tәmin etmәk üçün Kronborq qәsrini möhkәmlәndirmişdir. Zund rüsumunu xeyli artırmış (1567), len vә kral torpaqlarının rentabelliliyinin yüksәlmәsinә nail olmuşdur.

    F r e d e r i k  III (18.3.1609, Haderslev – 9.2.1670, Kopenhagen) – Danimarka vә Norveç kralı [1648–70]. Kral IV Kristianın ikinci oğlu. Böyük qardaşı vә atasının ölümündәn sonra kral seçilmişdir; taxta çıxan III F. riksrodun xeyrinә kral hakimiyyәtini xeyli mәhdudlaşdıran manifest imzalamışdır. İsveçlә müharibәlәr (1657–58 vә 1658– 60) nәticәsindә Skone, Halland, Blekinge vә Bohuslen vilayәtlәri İsveçә keçmişdi. Müharibәlәrdәki mәğlubiyyәtlәrә baxmayaraq, 1659 ilin fevralında paytaxtın qәhrәmancasına müdafiәsi III F.-in nüfuzunu xeyli artırmış vә o, 1660 ildә Kopenhagendә silklәrin yığıncağında kral hakimiyyәtini mәhdudlaşdıran manifesti lәğv etmiş, Danimarka-Norveç dövlәtindә seçkili monar-iya hakimiyyәtinin irsi monarxiya ilә әvәzlәnmәsinә dair Akt (1661, 10 yanvar) qәbul etmişdir. Yeni siyasi quruluş 1665 ildә “Kral fәrmanı” ilә tәsbit olunmuşdur.

    F r e d e r i k  IV (11.10.1671, Kopenhagen – 12.10.1730, Odense) – Danimarka vә Norveç kralı [1699–1730]. Kral V Kristianın oğlu. II Avqust I Pyotrla ittifaqa girәrәk (1699) Baltika regionunda İsveçin ağalığına qarşı Şimal müharibәsindә (1700–21) [bax Danimarka-İsveç müharibәlәri (16–19 әsrlәr)] iştirak etmişdir. 1701 ildә ölkәnin müdafiә qabiliyyәtini güclәndirmәk mәqsәdilә hәrbi milis yaratmış, 1702 ildә vornedskabı (şәxsi asılılığı) lәğv etmişdir. IV F.-in 1709 ildә Skoneyә müdaxilәsi Helsinqborq yaxınlığındakı vuruşmada (1710, 10 mart) Danimarka qoşununun ağır mәğlubiyyәti ilә nәticәlәnmişdi. 1720 ilin iyulunda Frederiksborqda bağlanmış separat sülhә görә IV F. 17 әsrdә itirilmiş Bohusleni qaytarmağa müvәffәq olmasa da, Şlezviqi Danimarka dövlәtinin tәrkibinә qatmışdı. H. Egedenin başçılığı ilә Qrenlandiyaya lüteran missiyasını göndәrmәklә (1721) IV F. adanın fәal surәtdә müstәmlәkәlәşdirilmәsinin başlanğıcını qoymuşdur.

    F r e d e r i k  V (31.3.1723, Kopenhagen– 14.1.1766, orada) – Danimarka vә Norveç kralı [1746–66]. Kral VI Kristianın oğlu. Dövlәtin idarәçiliyini saray әyanlarına hәvalә etmişdir. V F.-in dövründә Danimarka Kral İncәsәnәt Akademiyası açılmış (1754), Frederiksstad (Kopenhagen) mәhәllәsinin әsası qoyulmuşdur (1749). Yeddiillik müharibә (1756–63) gedişindә Danimarka bitәrәfliyini saxlaya bilmişdi. III Pyotr tәrәfindәn yaranmış müdaxilә tәhlükәsindәn sonra 1765 ildә Rusiya ilә ittifaq bağlamışdır.

    F r e d e r i k  VI (28.1.1768, Kopenha- gen – 3.12.1839, orada) – Danimarka [1808–39] vә Norveç [1808–14] kralı. 1784 il aprelin 14-dә Dövlәt şurasında hökumәti buraxmış, iş qabiliyyәtini itirmiş atası VII Kristianın yanında vәliәhd-regent olaraq dövlәtin idarәsini әlә keçirmişdir. 1788 ildә tәhkimçilik hüququnu (stavnsbåndet) mәhdudlaşdırmış, 1800 ildә tamamilә lәğv etmiş, 1792 ildә Danimarkanın Vest-Hind müstәmlәkәlәrindә qul alverini qadağan etmişdir. İsveçә qarşı müharibәyә (1788–89) Rusiya tәrәfindә qoşulmuşdur (bax Rusiya-İsveç müharibәlәri). Kopenhagen  dәniz vuruşması (1801) nәticәsindә B.Britaniyaya qarşı silahlı bitәrәflik haqqında müqavilәdәn çıxmışdır. Müqәddәs Roma imperiyasının parçalanmasından sonra Holşteyni ilhaq etmişdir (1806). B.Britaniyanın Kopenhageni bombardman etmәsindәn (1807, 2–5 sentyabr) sonra Napoleon müharibәlәrindә (1807–14) Fransanın tәrәfinә keçmişdir. Vyana konqresindә (1814–15) iştirak etmiş, Lauenburq hersoqluğunu birlәşdirmәklә Danimarkanın Şimali Almaniyada mövqeyini möhkәmlәndirmişdir.

    F r e d e r i k  VII (6.10.1808, Kopenhagen – 15.11.1863, Qlüksburq) – Danimarka kralı [1848–63]. Oldenburqlar sülalәsinin sonuncu nümayәndәsi. VIII Kristianın oğlu. 1848 il martın 22-dә özünü konstitusiyalı monarx elan etmiş, 1849 il iyulun 5-dә isә Müәssislәr mәclisi tәrәfindәn qәbul olunmuş vә mütlәq monarxiyanı mәhdud monarxiya ilә әvәzlәmiş konstitusiyanı imzalamışdır. 1855 ildә Avropa monarxiyalarının vә Danimarka hökumәtinin tәsiri ilә Danimarka vә hersoqluqlar (Şlezviq, Holşteyn, Lauenburq) üçün ümumi konstitusiya “bәxş etmişdi” (Holşteyn vә Lauenburq bu konstitusiyanı rәdd etmişdi).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN