FRÉDÉRİKTON – Kanadada şәhәr. Nyu-Bransuik әyalәtinin inz.m. Əh. 56,2 min (2011; şәhәrәtrafı ilә tәqr. 90 min). Ölkәnin c.-ş.-indә, Fandi körfәzindәn 135 km q.-dә yerlәşir. Avtomobil yolları qovşağı (Transkanada şose yolu F.-dan keçir). Beynәlxalq aeroport. Monrealla d.y. әlaqәsi 1981 ildәn kәsilmişdir (yolun bir hissәsinin ABŞ әrazisindәn keçdiyindәn pasport vә gömrük nәzarәtindәn keçmәk böyük vaxt itkisinә sәbәb olurdu).