FREDHOLM ALTERNATİVİ – ikinci növ Fredholm tәnliyinin
![]()
hәlli varlığının tәsdiqi. Daha dәqiq, f vә g-nin necә olmasından asılı olmayaraq, ya (1) vә ona qoşma olan

tәnliklәrinin yeganә φ, ψ hәllәri var, yaxud uyğun bircins ( f ≡ g ≡ 0 olduqda) tәnliklәrin sıfır olmayan hәllәri var vә hәm dә xәtti asılı olmayan hәllәrin sayı hәr iki tәnlik üçün sonlu vә eynidir. İkinci halda (1) tәnliyinin hәlli olması üçün

(k =1, ..., n) olması zәruri vә kafidir, burada ψ1, ..., ψn – (2) tәnliyinә uyğun bircins tәnliyin xәtti asılı olmayan hәllәrinin tam sistemidir. Bu halda (1) tәnliyinin ümumi hәlli

şәklindәdir, burada φ0 – (1) tәnliyinin hәlli, φ1, ... , φn (1) tәnliyinә uyğun bircins tәnliyin xәtti asılı olmayan hәllәrinin tam sistemidir, c1, ..., cn – ixtiyari sabitlәrdir. Oxşar tәsdiq (2) tәnliyi üçün dә ödәnir. F.a., E.İ.Fredholm tәrәfindәn isbat olunmuşdur (1903).










