FRÉDRİKSSON Gert (21.11.1919, Nüçöpinq – 5.7.2006, Nüçöpinq) – İsveç idmançısı (baydarkada avarçәkmә). 4 dәfә Olimpiya Oyunlarında (1948, London; 1952, Helsinki; 1956, Melburn; 1960, Roma) müxtәlif mәsafәlәr üzrә (3 – biryerlik baydarka; 1 – ikiyerlik baydarka) 6 qızıl medal sahibi olmuş, 7 dәfә dünya (1948– 1954) çempionudur. Olimpiya Oyunlarının (1952 – gümüş, 1960 – bürünc) vә dünya çempionatlarının (1950, 1958) mükafatçısıdır. Dәfәlәrlә İsveç çempionudur. İsveçin әn yaxşı idmançısı seçilmişdir (1949).