FRÉDRİKSTAD – Norveçin c.-unda, Estfol fülkesindә şәhәr. Əh. 75,6 min (2012). Oslo-fyord körfәzinin sağ sahilindә port.
Fredrikstad şәhәrindәn görünüş.
Ölkәnin mühüm sәnaye mәrkәzlәrindәn biridir. Gәmiqayırma, kimya, yüngül vә yeyinti sәnayesi sahәlәri, hәmçinin ağac emalı (ixracyönlü oduncaq istehsalı), balıqçılıq inkişaf etmişdir.