Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FRENÉL

    FRENÉL (Fresnel) Oqüsten Jan (10.5.1788, Brolyi, Normandiya – 14.7.1827, Vil-d’Avre, Paris yaxınlığında) – fransız fiziki, dalğa optikasının banilәrindәn biri, Paris EA (1823), London Kral Cәmiyyәtinin (1825) üzvü. Memar ailәsindә anadan olmuşdur. Politexnik mәktәbini (1806), Yollar vә körpülәr mәktәbini (1809) bitirmişdir. Əsas elmi tәdqiqatları fiziki optikaya hәsr olunub. 1818 ildә D.F.Araqo vә P.S.Laplasın vәsatәti ilә Parisә köçmüş, orada mayakların yenidәn qurulması ilә mәşğul olmuş vә mayakla işıqlandırmanın yeni üsulunu tәklif etmişdir. 1815–23 illәrdә F. işığın difraksiyasına vә polyarizasiyasına aid klassik tәdqiqatlar aparmışdır. Hüygens prinsipini әsas götürәrәk vә elementar dalğaların interferensiyasına aid fundamental ideyanı әlavә edәrәk difraksiya nәzәriyyәsini yaratmışdır (T.Yunqdan asılı olmadan) (bax Hüygens – Frenel prinsipi). O, bu prinsipә әsasәn hәndәsi optikanın qanunlarını, o cümlәdәn işığın yayılmasının düzxәtli xarakterini izah etmiş, difraksiya mәnzәrәsini hesablamaq üçün zonalar (Frenel zonaları) üsulunu, interferensiyanı müşahidә etmәk üçün optik qurğu (Frenel bigüzgülәri) tәklif etmişdir. İşığın әksolunması vә sınması zamanı polyarizasiya qanunlarını müәyyәn etmiş vә onları xarakterizә edәn düsturlar (Frenel düsturları, 1823) vermişdir. F.-in tәrpәnmәz efir vә işıq dalğalarının sövqetmә әmsalına aid ideyaları H.A.Lorentsin hәrәkәt edәn mühitlәrin elektrodinamikasının әsasını tәşkil etmişdir. London Kral Cәmiyyәtinin B.Rumford medalı ilә tәltif edilmişdir (1824). F.-in adı Eyfel qullәsinin birinci mәrtәbәsindә yerlәşәn, Fransanın әn görkәmli alimlәrinin siyahısındadır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN